Düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaların əksəriyyətini özlərinin istehsalı olan PMN-Э-plastik gövdəli minalar təşkil edir.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumata görə, bu minalar 5-8 kq ağırlıq və ya bu çəkiyə uyğun təzyiqdən işə düşür. Əsasən aşağı ətrafların itirilməsinə və ağır bədən xəsarətlərinə səbəb olur.


Şərhlər
"Düşmənin basdırdığı minalar" deyəndə,minaların istehsalçısı Rusiya,onları bizim ərazilərə basdıranlar da rus hərbiçiləridir..