Menu

Atası Səlim Müslümovun səhhəti haqda danışdı - "Dünəndən ağlayırıq”

23.05.2022, 19:16
Atası Səlim Müslümovun səhhəti  haqda danışdı - "Dünəndən ağlayırıq”

"Səlimin xəbərini eşidəndən özümüzə gələ bilmirik. Dedilər səhhəti çox pisdir. Dünəndən ağlayırıq, əlimizdən dua etməkdən başqa heç nə gəlmir".

Bunu sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar Müslümov modern.az-a açıqlamasında bildirib. 

O, oğlunun hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb: "Səlimin təzyiq, şəkər problemləri var idi. Bizdə bu xəstəliklər irsidir. Atam da təzyiqdən rəhmətə getdi. Kiçik qardaşım "Narxoz"da oxuyanda cavan yaşında o xəstəlikdən keçindi. Mən özüm danışmasam da, uşaqlar həkimlərdən xəbər alır. Deyirlər ki, təzyiqi, şəkəri çox yüksəlib, amma həkimlər nə lazımdırsa, edirlər. Allaha pənah, inşallah sağalar".

Qeyd edək ki, S. Müslümov 1 ildən çoxdur ki, həbsdədir. O, ötən ilin fevralında DTX tərəfindən saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub. O bir neçə gün öncə səhhətindəki problemlərə görə, saxlanıldığı DTX təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

S.Müslümov 2013-2021-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.

Şərhlər

Vətəndaş 2022-05-24 09:15:53

Yanvar kişi bəs belə. Sənin böyüdüb tərbiyə etdiyin övladın minlərlə ailəni, on minlərlə vətəndaşımızı ağlar günə qoyub. Bəs sonu necə olmalı idi? Xalqımıza xəyanət edərək, cənab Prezidentin etimadını doğrultmayan məmurun aqibəti bax belə olur. Ailəsi ağlar günə qalır...

Tahir 2022-05-24 05:34:43

Yanvar Müslümov. Oglunun etdiyi haqsızlıqları, səxsən sənə dedim. Cavabın " əcəb edir" oldu. İlin 12 ayını ölkənin bütün sanatoriya və istirahət mərkəzlərində yaşına- başına uyğun olmayan bəlli keyf məclislərində keçirirdin. Bahalı maşınlarının bir ili keçəndə " köhnədir" deyib minmirdin. O maşına verilən pullar əlil, xəstə, kasıbların puluydu. Hələ səni indi agladır? Qoca ....

Geyret 2022-05-24 04:57:08

......

Fevral 2022-05-23 19:06:28

Bəs nə bilirdiniz hər zaman may olacag?

RR 2022-05-23 17:59:10

Adam o qeder adami aqlar qoyubki )

Ramil 2022-05-23 16:19:00

Yeyib dagidanda yaxsiydi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol