Menu

Pentaqon Rusiyanın müharibədə itirdiyi hərbi texnikanın sayını açıqlayıb

27.05.2022, 00:59
Pentaqon Rusiyanın müharibədə itirdiyi hərbi texnikanın sayını açıqlayıb

Pentaqon Rusiyanın Ukraynaya qarşı müharibədə itirdiyi hərbi texnikanın sayını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalı Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu müharibədə təxminən 1 000 tank, 350-dən çox artilleriya, 30 qırıcı-bombardmançı, 50 helikopter itirib.

Pentaqon hesab edir ki, kifayət qədər ciddi itkiləri nəzərə alınsa belə, Rusiya hələ də müharibəni davam etdirmək üçün kifayət qədər texniki imkanlara malikdir.

“Rusiyanın döyüşdə istifadə edə biləcəkləri vasitələrin, texnikanın və silahların sayı həqiqətən üstündür və biz bunu nəzərə almalıyıq”, - Pentaqondakı mənbə bildirib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol