Menu

Rusiya və Çin BMT-də ABŞ-ın KXDR-ə qarşı sanksiya qətnaməsinə veto qoyub

27.05.2022, 10:23
Rusiya və Çin BMT-də ABŞ-ın KXDR-ə qarşı sanksiya qətnaməsinə veto qoyub

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı daha sərt sanksiyaları nəzərdə tutan ABŞ-ın qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə ediblər.

APA xəbər verir ki, bu barədə TASS-a məlumat yayıb.

BMT Təhlükəsizlik Şurasının qalan üzvləri - Böyük Britaniya, ABŞ, Fransa, həmçinin Albaniya, Braziliya, Qabon, Qana, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç, Birləşmiş Ərəb Əmirlikləri qətnamənin lehinə səs verib.

Amerika təqdim etdiyi təşəbbüs Pxenyanın martın 24-də qitələrarası ballistik raket buraxmasını, eləcə də digər raket sınaqlarını pisləməkdən ibarətdir.

Layihə KXDR-ə xam neft və emal olunmuş məhsulların tədarükünün azaldılmasını nəzərdə tuturdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol