Türkiyə Moskva və Kiyevlə Ukrayna buğdasının ixracı üçün Bosfordan keçəcək dəhlizin açılması barədə danışıq aparır.
Bu barədə mayın 26-da «Röyter» agentliyi yüksək məqamlı Türkiyə məmuruna istinadla xəbər verib.
Fevralın sonunda bu ölkədə hərbi münaqişənin başlanmasından sonra Qara dənizdə Ukrayna limanları bloklanıb və 20 milyon tondan artıq buğda liman anbarlarında və quru yük gəmilərində yığılıb qalıb. Dünyanın buğda tədarükünün demək olar, 1/3 hissəsi Rusiya və Ukraynanın payına düşür, amma Ukraynadan ixracın olmaması qlobal ərzaq böhranını dərinləşdirir, - Britaniyanın informasiya agentliyi qeyd edir.
«Türkiyə həm Rusiya ilə, həm də Ukrayna ilə buda ixracı barədə müzakirə aparır”, - adının açıqlanmasını istəməyən məmur deyib, belə ki, danışıqlar konfidensial xarakter daşıyır. Türkiyədən dəhliz açılması ilə bu buğdaya tələbat yaranıb - onun məqsədli bazarlara çatdırılması üçün. Danışıqlar hələ də davam edir.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ötən çərşənbə günü bəyan edib ki, Moskva ərzaq daşıyan gəmilər, o cümlədən buğda daşıyan gəmilər üçün dəhliz təqdim etməyə hazırdır - bəzi Qərb sanksiyalarının ləğvinin əvəzində.
«Biz, artıq dəfələrlə bildirmişik ki, ərzaq probleminin həlli kompleks yanaşma tələb edir - o cümldən, sanksiya məhdudiyyətinin ləğvi ilə… Həm də Ukrayna tərəfindən gəmilər dayanmış bütün limanların minalardan təmizləməsini tələb edir. Rusiya lazım olan humanitar keçidin təqdim olunmasına hazırdır…» - Rudenko qeyd edib.
«Röyter»in bu məsələ ilə tanış olan iki diplomatik mənbəyi də nəşrlə söhbət zamanı Ankaranın Ukrayna buğdasının daşınması üçün göstərdiyi cəhdi təsdiqləyib. Onlardan biri bildirib ki, NATO üzvü olsa da, Rusiya Türkiyəni digər üzvlərdən daha neytral ölkə hesab edir.
«Türkiyə öz töhfəsini verməyə hazırdır - bu ixracın Odessadan Qara dəniz üzərindən həyata keçirilməsinin monitorinqinə, çünki o, ənənəvi olaraq, Qara dənizdə güclüdür və kömək etməyə hazırdır» - yüksək məqamlı avropalı diplomat danışıb.
AzPolitika.info


Şərhlər
Rusiya şantajla məşğul olur. Necə yəni bəzi sanksiyaların ləğvinin əvəzinə dəhliz vermək. İmperiya kiçik dövlətlərə dağılan kimi bütün dünyada sülh olacaq