ƏN ZƏNGİN VARİSLƏR - Siyahıya azərbaycanlı milyarderin oğlu başçılıq edir

"Rusiyalı milyarderlərin övladları arasında ən varlı varis LUKOIL-un qurucusu Vahid Ələkbərovun oğlu Yusuf Ələkbərovdur. O, iş adamının 21,4 milyard dollarlıq sərvətinin yeganə varisidir".

"AzPolitika.info" xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

İkinci sırada SUEK və “Avroxim”in sahibi Andrey Melniçenkonun (22,7 milyard dollar) övladları Tara (2012) və Adriandır (2017). Atalarının sərvətindən onların hər birinin payına 11,35 milyard dollar düşür.

Üçüncü yerin sahibi NOVATEK və “Sibur”un əsas sahibi, 22,7 milyard dollarlıq sərvətə sahib olan Leonid Mixelsonun qızı Viktoriya (1992) və 7 yaşlı oğludur. Onların hər birinin bu sərvətdəki payı 11,35 milyard dollardır.

Siyahıda dördüncü yerdə NLMK-nın ortaq sahibi, 24,9 milyard dollar sərvəti olan Vladimir Lisinin varisləri gəlir. Lisinin üç övladı var – Dmitri (1981), Yuri (1984) və Anastasiya (1998). Onların hər birinə bu sərvətdən 8,3 milyard dollar düşür. Siyahının ilk beşliyinə “Telegram” və “VKontakte”nin yaradıcısı Pavel Durov yekun vurub. 15,1 milyard dollar sərvəti olan iş adamının iki övladı var – Alina (2009) və Mixail (2010).

Bu sərvətdən onların hər birinə 7,55 milyard dollar düşəcək.

Apreldə “Forbes” Durovu ilk dəfə Rusiyanın ən zəngin adamları siyahısına daxil etdi. “Forbes” yazır ki, Durov da daxil olmaqla bir sıra Rusiyaya bağlı iş adamları jurnalın ABŞ versiyasından onlara rus milyarderləri deməməyi xahiş ediblər. Daha sonra iş adamının nümayəndəsi nəşrə bildirib ki, Durov Rusiyanı uzun illər əvvəl tərk edib və geri qayıtmaq fikrində deyil.

"AzPolitika.info"


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar