Menu

MTN generalı və polkovniki əfv edilib

27.05.2022, 20:01
MTN generalı və polkovniki əfv edilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev də əfv edilib.

Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamında onun da adı var.

Bundan əlavə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi polkovnik Səlim Məmmədov də əfv edilib.

Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında "MTN işi"nə görə məhkum olunan Natiq Alıyev də var. O da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin işçisi olub. 1978-ci il təvəllüdlü Natiq Alıyev Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci tarixli hökmü ilə 10 il altı ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Şərhlər

Eli 2022-05-27 19:05:13

Bu adam MTN işçisinden çox teyib içen ГАИ ,ya da “ОБХСС» işçisine oxşayır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol