Menu

Millət vəkili və icra başçısı şəhidimizin ailəsini ziyarət edib - FOTOLAR

28.05.2022, 18:30
Millət vəkili və icra başçısı şəhidimizin ailəsini ziyarət edib - FOTOLAR

Bu gün Yeni Günəşli sakini, 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Süleymanov Rauf Allahverdi oğlunun doğum günüdür. Bununla bağlı millət vəkili Etibar Əliyev Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birlikdə şəhidimizin ailəsini ziyarət edib. Ziyarətdə Vətən müharibəsində şəhid olan daha iki qəhrəman övladımızın atası da iştirak edib.

Bununla bağlı E.Əliyev özünün "facebook" səhifəsində məlumat verib. 

"Şəhidimizin ailəsini Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, qəhrəman şəhidimiz Rüfət Əsgərovun atası Mürvət qardaşımız və qəhrəman şəhidimiz Muxtar Qasımlının atası Əli qardaşımızla birgə ziyarət edib, ruhunu dərin sevgi və ehtiramla yad etdik. 

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazi və veteran qardaşlarımıza can sağlığı arzu edirəm" - deyə, deputat bildirib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol