Menu

Polis ehtiyatsızlıqdan özünü güllələdi - VİDEO (Yenilənib)

01.06.2022, 20:00
Polis ehtiyatsızlıqdan özünü güllələdi - VİDEO (Yenilənib)

Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.  Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov bu gün təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

"Polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib. Allah rəhmət eləsin", - məlumatda qeyd edilib.

***

Bakı-Sumqayıt yolunda intihar hadisəsi baş verib. APA-nın xəbərinə görə, 99-SM-907 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobili idarə edən şəxs maşının içində özünə qəsd edib.

Onun özünü silahla başından vurduğu bildirilir.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Şərhlər

Xxx 2022-06-01 16:33:18

Hələ bilmək olmaz özü vurub ya başqası

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol