Menu

Rusiyada ABŞ-a zərbə endirməyə hazırlıq barədə bəyan ediblər

02.06.2022, 00:02
Rusiyada ABŞ-a zərbə endirməyə hazırlıq barədə bəyan ediblər

Rusiyada bəyan ediblər ki, Kiyevə istənilən silah ötürülməsi Rusiya və ABŞ arasında birbaşa toqquşma riskini artırır.

Müharibənin başlanmasından ötən 3 aydan sonra Rusiya bəyan edib ki, ABŞ-ın Ukraynaya hərbi köməyinin yeni paketini çox neqativ qiymətləndirir. Bu paketə yaylım atəşli raket sistemi (RS3O) HİMARS və onlar üçün uzaqvuran raketlər daxildir.

Bu barədə hərbçi-siyasətçi, Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev bəyan edib («Lenta.ru»).

Bu paketə daxil olan silahlar Rusiya ərazisindəki hədəflərə zərbə endirmək qabiliyyətində olduğu üçün, ölkə məcburdur ki, Birləşmiş Ştatların ərazisinə zərbə endirsin və Ukraynaya bu tədarüklərin həyata keçirilməsinə imkan verməsin.

Rusiyanın ABŞ-a zərbə endirməyə hazır olmasını Rusiya XİN başçısının müavini Sergey Ryabov da təsdiqləyib.

«Biz, bunu tam neqativ qiymətləndiririk… ABŞ dövlətlər qruunun başında duraraq, Kiyev rejiminin məqsədli şəkildə silahla doldurulması ilə məşğuldur - bu, aydın məsələdir» - diplomat bəyan edib.

O, qeyd edib ki, Kiyevə istənilən silah ötürülməsi Rusiya və ABŞ arasında biraşa toqquşma riskini artırır.

AzPolitika.info

Şərhlər

Rafiq Səfərov. 2022-06-02 07:50:06

Vəhşi heyvan instinkti: qorxub qaçanı qovarlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol