"TEKNOFEST Azərbaycan" festival bizə gələcək fəaliyyətimizi daha yaxşı qurmaqla bağlı müəyyən dərs verdi. AMEA-nın innovasiya, tətbiqi məsələlər ilə daxili və xarici bazara çıxması diqqəti o qədər də cəlb edən deyil. Sanki laqeydlik, inamsızlıq var. Sizə deyim ki, AMEA-ya kənardan o dərəcə etimad yoxdur".
"Report" xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademiyanın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev deyib.
Akademiyanın Rəyasət Heyətinin "TEKNOFEST Azərbaycan" festivalında AMEA-nın iştirakının nəticələrinə həsr olunan xüsusi iclasında çıxış edən akademik bildirib ki, AMEA festivalda Azərbaycanın intelektual məhfumu kimi təqdim edilməyib: "Bu əhval ruhiyyəni hiss etmədik. Akademiyanın güclü potensialı olub, yarandığı gündən elmin bütün istiqamətərində böyük naliyyətlər əldə edib. Amma burada hiss etdim ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Bu məsələdə aktiv olmalıyıq. Festivalda iştirakımız barədə insanlara yorulmadan məlumatlar verməliyik. Biz fəaliyyətimizi müasir çağırışlara uyğunlaşdırmalıyıq".
"Bizim innovativ istiqamətdə fəaliyyətimizin daha da təkmilləşdirilməsi, Azərbaycanda bilik iqtisadiyyatının formalaşdırılması ilə bağlı ciddi problem var idi. Burada təşkilatı, inzibati, maliyyə, institusional tədbirlərin görülməməsi kimi məqamları müşahidə etdik. Sanki biz bu proseslərdən kənarda qalmışdıq. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət ayırmaq lazımdır. Rəyasət Heyətinin tərkibində bu istiqamətdə işlərlə məşğul olan insanlar olmalıdır. Müvəqqəti yaradılan İşçi quruplarla bu məsələlər həll oluna bilməz. Söhbət bilik iqtisadiyyatının formalaşdırılmasından gedir. İşimizi bazar iqtisadiyyatının tələblərinə uyğun qurmalıyıq. Ölkələrarası biznesformlarda iştirak etmək, görüşlər keçirmək, təcrübə mübadiləsi aparmaq olduqca vacibdir. Ətrafımızda bir sosiotexnoloji mühit yaranır, biz bundan kənarda qala bilmərik", - akademik vurğulayıb.


Şərhlər
Bizdə iki şey yoxdu.Futbol və Akademiya.Əslində ikisi də var,amma heç biri yoxdu.Varlıqla Yoxluq misalı kimidi bu.Varlıq var,çünki görürük var olanları.Yoxluq isə yoxdur,çünki olmayanı görmək olmaz.Amma elə məhz buna görə də Yoxluq var,çünki yoxdu,olmadığı üçün vardır.Demək Yoxluq həm də Varlıqdır,sadəcə,olmayan Varlıqdır.Eləcə də Varlıq da Yoxluqdu,sadəcə,olan Yoxluqdu.Bizim futbolumuzla Akademiyamız da eləcə.Vardırlar,işə gedib gəlirlər,gülürlər,danışırlar,söhbət edirlər,şer-filan kitabları çıxır,pul-para-hörmət-izzət-maşın-bağ-villa-hinduşka kababı zoğal arağıynan-filan-o yan-bu yan ,amma Yoxdurlar.Daha doğrusu,yoxdurlar deyə vardırlar,əslində isə yoxdurlar.Ona görə də futbola və Akademiyaya ayrılan milyonları yetim evlərinə verib Axirət savabı qazanmaq daha yaxşı olar.Qoy o anası-atası olmayan və ya atılmış talehsiz uşaqlar doyunca yeyib içib sevinsinlər heç olmasa.
AMEA yarım əsrdir ki korroziyaya uğrayıb.Ləğv edib,Elm,Təhsil ,İnov.nazirliyi yaratmaq.Rəhbəriyə isə regionçuluqdan uzaq olan YERLİ TÜRK seçmək.Orada 50 ildir kök salmıs klanı uzaqlaşdırmaq,,cinayətkar, korrupsioner əldəqayırma akademikləri ,alimləri oradan rədd etmək və damlamaq lazımdır.
Çox hörmətli Rasim müəllim! AMEA müəyyən qədər deyil, nüfuzunun çox hissəsini itirib. HÜquq və İnsan Haqları İNstitutuna Aytən Mustafazadə kimi savadsızs, elm düşməni bir şəxsi direkror təyin edib, artıq 13 ildir ki, onun əməllərindən göndərilən şikayətlərin heç biri araşdırılmayanda əlbəttə ki, nüfuz itər, hələ o yana da keçər.