Menu

Nazirliyin sabiq aparat rəhbəri əmlaklarını həbsdən qurtarmaq istəyir - 43 milyon dəyərindədir...

04.06.2022, 18:20
Nazirliyin sabiq aparat rəhbəri əmlaklarını həbsdən qurtarmaq istəyir - 43 milyon dəyərindədir...

Ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov əmlaklarına qoyulan həbsin götürülməsi üçün məhkəməyə müraciət edib.

Lent.az-ın əldə etdiyi məlumat görə, sabiq aparat rəhbəri bunun üçün ilk olaraq, Binəqədi Rayon Məhkəməsinə üz tutub. Lakin birinci instansiya məhkəməsi onun bu tələbini yerinə yetirməyib. V.Zeynalov daha sonra məsələ ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Onun müraciətinə hakim Qürbət Əsgərovun sədrliyi ilə baxılacaq.

İddiada Vidadi Zeynalovdan başqa onun iki oğlu və bir qızı, həmçinin digər iki qohumu da iştirak edir.

Prosesdə qarşı tərəf isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir.

Qeyd edək ki, V.Zeynalov 2015-ci ildə həbs olunub. 2019-cu ildə isə azadlığa buraxılıb. Vidadi Zeynalov həbsdə olarkən, istintaq dövründə onun dəyəri 43 milyon manat olan ümumilikdə 67 daşınmaz əmlakına məhkəmə tərəfindən həbs qoyulub. Sonrada isə 2009-u ilədək onun əldə etdiyi əmlakların üzərindən həbs götürülüb.

Şərhlər

Rabitəçi. 2022-06-05 17:45:10

Həqiqət naminə bu gündə Əli Abbasovun,Vidadi Zeynalovun,İltimas Məmmədovun rabitəçilər arasında böyük hörməti vardır,yoxsa Əli müəllim kimi bir ziyyalının yerinə maşın sürə bilir,lanpuçka dəyişə bilir prinsipi ilə raminzadəni,təyin etmək kökündən səhf idi,bu adamda bütün səlahiyətləri Ramiz qağamızın Novxanıdakı torpaqlarına sənəd düzəldən əli abdullayevə vermişdi,hər ikisi rabitə nə olduğunu çıxan günə qədər bilmədilər.

Rabitəçi. 2022-06-05 17:38:03

Vallah billah bu adam rabitəçi olmasada rabitəçilərə heç bir zərər vurmayıb,həqiqət nəminə rabitəçilərində bu adama hər zaman hörməti var,ona görəki kənardan yox rabitəçilərin içindən kimisə vəzifəyə təyin edirdilər,Allah naminə desək bu kişi hara Əli Abdullayev har,bütün sayı hesabı bilinməyən neqativliyi Əli Abdullayev rabitəçilərin üstünə tətbiq etdi.

Vətəndaş 2022-06-05 08:43:50

sıravi bir məmur həbvs edib sonra reklam edirlər ki korrupsiya qarşı mübarizə aparırıq. Milləti xalqı talayan milyonlar milyardları yeyən millətə atanlar isə öz keflərindədirlər

Rabitəçi 2022-06-05 00:04:52

Elmir Vəlizadənin, Bəxtiyar Məmmədovun, Əli Abdullayevin, Novruz Məmmədovun əmlakları müsadirə olunmalıdır !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol