Rusiya Kiyevə Xəzərdən raket zərbələri endirdi - Yaralananlar var

Bu gün səhər saatlarında Rusiya Kiyevə Xəzər dənizindən Tu-95 strateji bombardmançı təyyarələrindən raketlər atıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Məlumata görə, raketlərdən biri hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Hərbçilər hava hücumu siqnallarına məhəl qoymamağa çağırıblar.

Xatırladaq ki, bu gün səhər saatlarında Kiyevin Darnitski və Dneprovski rayonlarında bir neçə partlayış baş verib.

Daha sonra raket hücumu nəticəsində bir nəfərin yaralandığı məlum olub.

635x100

Şərhlər

Veteran 2022-06-06 09:50:38

Əgər putini c.... vasil edə bilmirsinizsə Moskvanı ....

Son yazılar