Menu

Vilayət Eyvazovdan yeni təyinat - Polkovnik-leytenantı rəisi təyin etdi

06.06.2022, 21:54
Vilayət Eyvazovdan yeni təyinat - Polkovnik-leytenantı rəisi təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Knyaz Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Knyaz Həsənov Ağcəbədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol