Menu

Paşinyan baş prokuroru Qarabağa göndərib... – İrəvan təxribatçı səfərlərlə nəyə can atır?

08.06.2022, 19:05
Paşinyan baş prokuroru Qarabağa göndərib... – İrəvan təxribatçı səfərlərlə nəyə can atır?

Ermənistanın baş prokuroru Artur Davtyan Rusiya sülhməramlılarının Azərbaycanda müvəqqəti qaldığı zonaya baş çəkib. Bəs İrəvan belə təxribatçı səfərlərlə nəyə can atır?

Politoloq Fərhad Məmmədov deyir ki, Ermənistan hökuməti üzvlərinin səfərlərini Paşinyan özü tənzimləyir: “Bu, Ermənistan rəhbərliyinin əldə olunmuş razılaşmaları pozmağa çalışdığı və ya prosesin İrəvan üçün əlverişli istiqamətdə getməsinin anlaşıldığı vaxtlarda baş verir”.

Ekspert xatırladır ki, bu günlərdə İrəvana Rusiya Xarici işlər naziri Sergey Lavrovun da daxil olduğu KTMT xarici işlər nazirliklərinin rəhbərlərinin də səfəri gözlənilir.

“İrəvan başa düşür ki, bu səfərlər Azərbaycanda ictimai rəyə təsir edir. Yəni belə səfərlərə şərait yaradan Rusiya sülhməramlılarının fəaliyyəti sərt tənqid edilir və nəticədə ölkədə anti-Rusiya ritorikasına obyektiv şərait yaradır”, - o qeyd edib.

Fərhad Məmmədovun sözlərinə görə, indiki şəraitdə sülhməramlıların mandatının olmaması Azərbaycanın əleyhinə işləyir, çünki bölgəyə səfərlər mövzusunda bütün razılaşmalar şifahidir və sənədlə tənzimlənmir.

Azərbaycanın nə edəcəyinə gəlincə politoloq xatırladır ki, rəsmi Bakı sülhsevər gündəmi təbliğ edir: “Bakı deyir ki, münaqişə bitdi, sülh vaxtıdır. Bu o deməkdir ki, münaqişənin həll olunmadığını deyən hər kəs müharibə istəyir. Axı müharibə münaqişənin həlli variantlarından biridir! Brüssel və Moskva formatlarının qarışığı elə bir vəziyyətə gətirib çıxarır ki, qərarlar fraqmental şəkildə qəbul edilməlidir. Ki, bu da erməni tərəfinə sərf etməz. Digər tərəfdən, Ermənistan heç bir şəkildə “status” mövzusunu hər iki formata gündəmə gətirə bilmir. Bu cür təxribatçı səfərlərlə əldə olunan nailiyyətləri puça çıxarmaq üçün eskalasiyaya can atır.

Sosial müdafiə nazirinin Qarabağa mayın 20-də etdiyi səfəri cavabsız qalıb. Çünki Ermənistan sərhəd komissiyası yaradaraq onun işində iştirak edib. Görək, Ermənistan baş prokurorunun səfərindən sonra erməni tərəfi bu dəfə nə itirəcək...”

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2022-06-08 22:22:09

Vallah bunlar bir şeylər hazırlayır,mənim bu barədə önəmli yetkililərə bir şey deməyim gülünc olar,amma vallahi billahi bir şeylər hazırlayırlar bunlar.Mən bundan əminəm.Ukrayna durbinini Azərbaycana çevirmək istəyirlər ki,bütün xristian dünyası şadlansın və Türkiyəni hədəfə alsınlar "Bizans"dan çıxarmaq üçün.Və nəticədə Risiyaya qarşı embarqolar Türkiyəyə çevrilsin.Məsələ də bundadı ki,Türkiyə yoxdursa biz də yoxuq.Bunu ABŞ konqresində alqışlanan Yunanıstan babbakanı da öz heyrətiylə bildirir ki,deyir mən heç Yunan parlamentində bu qədər alqışlanmıram.Bəziləri də deyir ki,Türkiyə NATO-dan çıxsın.Xeyr. Bu aşamada bu qətiyyən olmaz.Türkiyə nüvə silahı əldə edənə qədər NATO-da qalmalıdır.Pakistan bizim və Türkiyənin dərdinə dərmandır.Çox danışsam yaxşı olmaz.Buradaca bitirim.

Vaqif 2022-06-08 20:59:16

Yadıma "Qarlı aşırım" filmindən bir epizod düşdü,Qəmlo Kərbəlayi İsmayıla iradını bildirir ki, Abasqulu bəyin nazı ilə çox oynayırlar. Mənə elə gəlir ki, ermənilərin nazı ilə çox oynayırıq!

TT 2022-06-08 15:58:57

Hamsina rusdar rehberlik edir) rus hakimiyyetinden bize dost olar? ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol