İCRA HAKİMİYYƏTİNİN ƏMƏKDAŞI JURNALİSTLƏRƏ RÜŞVƏT TƏKLİF EDİB - "Siz cavan qızlarsınız..." + VİDEO

İnternet televiziyalarından birinin əməkdaşları iyunun 7-də Bakının Yasamal rayonu ərazisində çəkiliş apararkən, təzyiqlə üzləşdiklərini bildirirlər.

“AzPolitika.info” xəbər verir ki, “Toplum” TV-nin əməkdaşları metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında yerləşən dükanların zorla boşaldılmasını işıqlandıran zaman icra hakimiyyəti təmsilçilərinin onların çəkiliş aparmasının qarşısını almağa çalışdıqlarını iddia edirlər.

Qeyd olunur ki, özünü Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən Vüsal Hüseynov adlı şəxs jurnaslitlərə rüşvət təklif edərək, çəkilən görüntüləri sildirmək istəyib.

V. Hüseynovun təklifini qəbul etməyən jurnaslitlər ərazini tərk ediblər. Bu zaman V.Hüseynov jurnalistin telefonunu zorla əlindən alıb. 

Həmin görüntüləri təqdim edirik:


635x100

Şərhlər

Ramil 2022-06-10 04:49:16

Olke deyil ey xaravadi

Son yazılar