Menu

Zelenski Makronla Ukraynanın təhlükəsizlik təminatını müzakirə edib

10.06.2022, 08:26
Zelenski Makronla Ukraynanın təhlükəsizlik təminatını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Danışıq zamanı təhlükəsizlik zəmanətləri və Fransanın Avropa İttifaqına daxil olması istiqamətində atılan addımları müzakirə edilib.

Bu barədə “Report” Ukrayna dövlət başçısının tviter hesabına istinadən xəbər verir.

"Cəbhədəki vəziyyətdən danışdıq. Həmçinin Ukraynaya gələcək müdafiə yardımı və təhlükəsizlik təminatları üzərində işi müzakirə etdik. Ukraynanın Avropa İttifaqına gedən yoluna xüsusi diqqət yetirilib", - Zelenski bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol