“Azərbaycana əvvəlki səfərimdən fərqli olaraq, bu dəfə başqa mənzərə ilə qarşılaşdım. Azərbaycan xalqının özünə daha əmin, gələcəyə inamlı olduğunu müşahidə etdim. Türkiyənin xalqı və ordusu Azərbaycan dövlətinin, eləcə də xalqının haqlı mübarizəsinin yanında olub, beynəlxalq ailəmdə tam daim dəstəkləyib və bundan sonra da dəstəkləməyə davam edəcək”.
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda idarəetməsinin daha da təkmilləşdirilməsi üçün təcrübə mübadiləsi ilə yanaşı yeni idarəetmə forması yaradılıb. Nazir müavini qeyd edib ki, məqsəd Azərbaycan və Türkiyə ordusu arasında əlaqələri genişləndirmək, uyğunluğu təmin etməkdir: “İki ölkə arasında əməkdaşlıq təcrübəsində 20 tədqiqat, 225 təhsil kursu, təxminən, 28 min Azərbaycan əsgərinə təhsil dəstəyi həyata keçirilib".
"TEKNOFEST Azərbaycan" festivalında Azərbaycan gənclərinin gözündə türkiyəlilərə eyni münasibəti görməkdən çox məmnun qaldıq. Gənclərin bu istəyini gördükcə gələcəyə doğru inamla irəliləyəcəyimizə bir daha əmin olduq. Yerli və milli texnoloji nailiyyətlərimizi Azərbaycana gətirməklə iki xalqın birliyinin və gücünün artacağına çox inanırıq. Türkiyə istehsalı olan müasir silahların, hərbi texnikanın Azərbaycanda istifadəsi xüsusi önəm kəsb edir. Bu istiqamətdə əməkdaşlığımız bundan sonra da davam edəcək. Hərbi sahədə Azərbaycan Ordusunun daha da güclənməsi baxımından daim dəstəyimizi verməyə hazırıq”.
Muhsin Dərə çıxışını Məhəmmədhüseyn Şəhriyarın "Azərbaycan" şeirindən bir misra səsləndirməklə yekunlaşdırıb:
-Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan...


Şərhlər
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan
Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan
Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub, mülkü-İran, Azerbaycan
Bisütuni-İnqilabda Şirin-Vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan
Vətən eşqi məktəbində can verməyi öyrənmişik
ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan
Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını
öz şümşadın başdan-başa olub al qan, Azərbaycan
Yarəb, nədir bir bu qədər ürəklərı qan etməyın
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan
İgidlərin İran üçün şəhid olmuş, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan
Evladların nə vaxtadək tərki-vətən olacaqdır
Əl-ələ ver, üsyan eylə, oyan oyan Azərbaycan
Yetər fəraq odlarından kül ələndi başımıza
Dur ayağa, Ya azad ol, ya tamam yan, Azərbaycan
Şəhriyarın ürəyi də səninki tək yaralıdır
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan Məhəmməd Hüseyn Şəhriyar.