MANAF AĞAYEV SÖYÜŞ SÖYƏRƏK QAÇMAQ İSTƏYİB - Həbsinin TƏFƏRRÜATI

Bu ilin fevralında tanınmış müğənni Manaf Ağayev Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün həbs olunmuşdu.

“Qafqazinfo” müğənninin dörd ay əvvəlki həbsi ilə bağlı bir sıra detalları əldə edib.

Belə ki, fevralın 17-də onun Füzuli aeroportuna getməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri araşdırmaq məqsədilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları axşam saatlarında Manaf Ağayevin Nərimanov rayonunda yerləşən evinə gediblər. Onu baş idarəyə dəvət ediblər. Bu zaman müğənni ictimai yerdə ucadan danışaraq ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozub.

Polis əməkdaşları onu intizama dəvət etdikdə o, irada məhəl qoymayıb və söyməyə davam edib. M.Ağayevi BMCMİ-yə gətirmək istəyərkən o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək qaçmağa cəhd göstərib. Lakin sonradan polis əməkdaşları onu baş idarəyə gətiriblər. Manaf Ağayev barəsində tərtib olunan protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Müğənni məhkəmədə özünü tam təqsirli bildiyini deyib: “Evimin qarşısında tanımadığım şəxslə mübahisə edərkən polis əməkdaşları yaxınlaşıb ictimai qaydaya riayət etməyimi tələb etdilər. Lakin həmin gün əsəbi olduğumdan polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədim, yüksək səslə danışdım. Nalayiq ifadələr işlətdim. Əməlimdən peşmanam. Bir daha belə qanun pozuntusu törətməyəcəyəm”.

Məhkəmə bu qənaətə gəlib ki, M.Ağayev İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələrində nəzərdə tutulmuş xətaları törədib. Daha ciddi xətanın (535.1) sanskiyası əsas götürüldüyü üçün o, 15 gün müddətinə inzibati həbs edilib.

635x100

Şərhlər

dadaşyev 2022-06-19 00:16:03

"O olmasın bu olsun" kinosunda mənə ən ləzzət verən yer bazarda qoçu Əsgərin qovulmasıdı.O biri qoçu deyir haa,"Qaçma köpayoğlu!Qaçma demirəəm?Qaçma vurdum".

Əşrəf 2022-06-17 23:35:04

Bu ......... Nə qədər ət tökənlik edəcəksən? Axı sən hardan gəldiyini niyə unudursan? Təqsir tele kanallardadır ki bunu çağırıb reklam eliyirlər pul bahasına

Qoca 2022-06-17 17:54:45

Bu gədə vor zakon adı almaq istəyir. Ona görə də tez tez xırda xuliqanlıqlar eliyir

Esger 2022-06-17 17:19:17

.... Agzin danisigin da bilmir. Onu 1 nece defe doyubler

dadaşyev 2022-06-17 12:37:20

Kül olub bizim bir zamanlar möhtəşəm olan mədəniyyətimizin,incəsənətimizin təpəsinə ki,21-ci əsrdə bərk gedən müğənnimiz budur.Oxuyanda bilmirsən tacikdi oxuyan,qaraqalpaqdı,xorasanlıdı,Qəndəhardandı,Bəndər-Abbasdandı-nədi bu?Gözünü yumub ağzının kalibrini sonunacan açır,başlayır hoyhahoy,huhuhahuhu mikrofon titrətməyə.Mən bunun ifasında hələ bir dəfə olsun əsl Azərbaycan nəfəsi,milli ətir duymamışam.Yəni Könül Xasiyevaya,Arif Babayevə,Əlibaba Məmmədova,İslam Rzayevə qulaq asanda xəyalən hansı milli zirvəyə ucalar ha adam,bax o əsrarəngizlik qətiyyən olmur bu mahnı oxuyanda.Əksinə xəyal adamı Azərbaycandan çıxarıb Xorasan üzərindən Əfqanıstan,Hindistan tərəflərə aparır.A balam,onların öz müğənniləri var axı,sən niyə onların boğazlarını eliyirsən?Adam kimi oxu görək nə deyirsən.Bu yaşınacan oxumağı öyrənə bilməmisənsə heç olmasa boş vaxtlarında qanunlara tabe olmağı öyrən.Yoxsa sən də pulun çoxdu deyə özünü qanundan üstün tutursan?A kişi,başqa bərk gedənlərin puldan əvvəl hökmü var,dayıları,əmiləri var.Sənin nəyin var mikrofondan və puldan başqa?Yeri gəlmişkən,əsl sənət adamı qəlbində gəzdirdiyi kini-küdurəti üzə çıxarmaz,sən isə pandemiyanın ilk zamanlarında Elgizin verilişində “O vaxt Bakıya gələndə bizə kim kömək elədi ki?” tipindən sözlərinlə özünü gözdən saldın.Bu sözləri deyərkən düşündünmü ki,o vaxt,1993-də Bakı,bütünlükdə Azərbaycan özü nə gündəydi ki,küsürsən xalqdan?

t.ədalət 2022-06-17 11:19:21

Deyirəm ki,Nacmuddin Sadıkov,Səfər Əbiyev və onların başçılıq etdiyi dəstə dünyanın ən təhlükəli cinayətlərini ediblər,ancaq onların xətrinə belə dəymirlər.Elə ki zxəif,köməksiz bir adam görürlər,Azərbaycan polisi onu şərləmək üçün cilid-cilid cinayət maddələri düzüb-qoşur.Bu dünyada Putinin dostu olmaqdan üstün,görəsən,nə var?Adam nə qədər əyər-əskik yaratsa da,gözün üstə qaşın var, deməyə heç kimin gücü yetmir..

Camaat 2022-06-17 10:49:30

Bəyəm bu müğənnidirki ? Oxumaq nədir bilirki? Bu və bunun kimilər 30 ilə yaxındır televiziyaları zəbt edib zəhləmizi aparıblar.

Son yazılar