RUS ORDUSUNUN SON İTKİLƏRİ AÇIQLANDI - Rusiyanın əməliyyat planlarının necə sarsıdıldığı məlum oldu

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 34 100 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 496 ədəd tankı, 3 606 ədəd zirehli döyüş maşını, 752 ədəd artilleriya sistemi, 239 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 98 hava hücumundan müdafiə sistemi, 216 ədəd hərbi təyyarəsi, 181 ədəd helikopteri, 2 537 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 611 ədəd dronu, 137 qanadlı raket və 59 ədəd xüsusi texnikası məhv edilib.

Ukrayna Baş Qərargahından qeyd edilib ki, Rusiya Silahlı Qüvvələri şimal istiqamətində Ukrayna-Rusiya sərhədinin gücləndirilmiş mühafizəsini təmin etməkdə davam edir. Qarşı tərəf Sumı vilayətinin Seredina-Buda qəsəbəsi ərazisində mülki infrastrukturu atəşə tutub.

“Xarkov istiqamətində isə düşmənin əsas qüvvəsi işğal olunmuş hüdudların qorunub saxlanılmasına çalışır. Severodonetsk istiqamətində qoşunlarımızın bölmələrinin müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulması davam edir. Cənub Buq istiqamətində düşmən itkilər verib. PUA-lar vasitəsilə hava kəşfiyyatı davam edir", - Baş Qərargahdan bildirilib.

Qeyd olunub ki, Rusiya ordusunun hava-desant bölmələrinin komanda heyətində xeyli itki var. Ona görə də qarşı tərəf ehtiyatda olan zabitləri üç ay müddətinə qısamüddətli müqavilə ilə hərbi xidmətə cəlb etməyə məcburdur.

“Ukrayna Silahlı Qüvvələri Rusiya dəniz qüvvələrini vurmaq üçün Qərbin bağışladığı “Harpun” gəmiəleyhinə raketlərindən ilk dəfə uğurla istifadə etdiklərini iddia ediblər”.

Bu barədə isə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında yazılıb.

“Hücumun hədəfi Qara dənizin şimal-qərbindəki İlan adasına silah və şəxsi heyət çatdıran Rusiya donanmasının gəmiləri olub. Gəminin məhv edilməsi Rusiyanın İlan adasını işğal edən qüvvələrinə dəstək verərkən hansı çətinliklərlə üzləşdiyini göstərir. Ukraynanın sahil müdafiəsi Rusiyanın Qara dənizin şimal-qərbində dəniz nəzarəti yaratmaq cəhdlərinin qarşısını alıb. Bu, Odessa bölgəsini dənizdən risk altında saxlamaq istəyən Rusiyanın əməliyyat planlarını sarsıdıb”, - məlumatda bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar