Millət vəkili Fəzail Ağamalı Əməkdar artist Tahir İmanovun onu ələ salmasına münasibət bildirib. Bu barədə deputat OLAY-a açıqlama verib.
F.Ağamalı deyib ki, sözügedən videodan xəbərdar deyil və izləməyib: "Həmin açıqlamaya gəlincə... Mən sadəcə gilasın qiymətini demişəm. Bilmirəm, nə mövzu axtarırlar ki, kimisə hədəf alsınlar. Tahir İmanov çox hörmət etdiyim, keçmiş dostum, Anar Məmmədxanovun rəhbərliyi altında bizə pozitiv hisslər bəxş edib. Ona hörmətim var. Deyib, canı sağ olsun, bu da onun mövqeyidir. Lakin insanı ələ salmaq yox, fikrinə tənqidi yanaşmaq olar. Görünür, bu da onun stilidir".
Millət vəkili aktyorun videoda 250 minlik "Bentley"dən danışmasından da söz açıb: "Mənim 250 minlik maşınım yoxdur. "Toyota" markalı avtomobil sürürəm. O maşının qiyməti 250 min deyil. Zəhmət çəksin, internetdə oxusun, baxsın. Həmin maşını 2017-ci ildə almışam. Ümumiyyətlə nə mən, nə də övladlarım 250 minlik maşın sürmüşük".
Xatırladaq ki, T. İmanov deputatın "Gilas ala bilmirəm" açıqlamasını ələ salaraq video çəkib. "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Fəzail Ağamalının "İmkan edib, təzə meyvələrdən ala bilmədim" açıqlamasına ironik yanaşıb.
Sözügedən videonu təqdim edirik:
Bundan sonra T.İmanovun həmkarı, aktyor Bəhram Bağırzadə də bənzər video çəkib. Sosial şəbəkə hesabında qarşısındakı boşqaba bir gilas qoyaraq onu bahalı yemək kimi yeməyə başlayıb. Bu zaman çəngəl-bıçaqdan istifadə edən aktyorun fonda qoyduğu mahnı da diqqət çəkib. B.Bağırzadə videoya “Saboun xeyir” başlığını yazaraq gülüş işarələri qoyub.

Şərhlər
Heç gözləməzdim bu aktyorlardan
Bu deputata da o qədər simpatiyam yoxdur
Amma Fəzaiı bəy nə deyib ki sadəcə bazardakı bahalığı qabardıb prioritet eluyib.
Deyib ki bazar od tutub yanır
Ay hökumət ay məmurlar bir əlac eliyin.
Əl çəkn bu məddahlıqdan
KİŞİ OLUN!
Arximed birisinə zəng eliyib ki,mənə dayaq nöqtəsi göstər,Yeri yerindən dəbərdim.O da tərslikdən bizim deputatlardan olub,eradan qabaqkılardan,deyib ki,dayaq nöqtəsi elə bizdə olur daa,amma sən əvvəlcə mənə bir səbət göndər.Arximed sevincək buna bir səbət göndərib,kak raz o sıralarda deputatların maaşı qalxıb deyə həmin o deputat nəhayət 40 illik arzusuna çatıb bir-iki kilo gilas ala bilib Təzə bazardan,Allah üzünə baxıb yəni,amma gilası səbətə boşaldanda görüb ədə,səbət dibinnən gilas tökülür.