RUSİYANIN “ÖLÜMCÜL" HELİKOPTERİ BELƏ MƏHV EDİLDİ - VİDEO

Ukrayna ordusu Jitomir bölgəsində Rusiyanın 12 milyon funt sterlinq dəyərində olan helikopterini məhv edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna MN-nin məlumatına görə helikopter Britaniya istehsalı olan “Starstreak” raketindən açılan atəş nəticəsində məhv edilib.

Məlumatda qeyd olunur ki, “Qara köpəkbalığı” ləqəbli Ka-52 helikopteri döyüş imkanlarına görə Rusiyanın “ölümcül" helikopteri hesab olunur.

Həmin görüntüləri təqdim edirik:

“AzPolitika.info”


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar