SOLOVYOV YENƏ "SÖZÜNÜ YEDİ"... - "Azərbaycandan üzr istəyirəm” + VİDEO

Rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda Azərbaycandan üzr istəyib.

“Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin başlıca prioritetlərindəndir. Şəxsən mən bu prioritetlə tam razıyam. Dünən mənim səhər efirimdə elə bir hadisə baş verdi ki, bu, Bakıda qəbuledilməz kimi qiymətləndirildi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, ona görə ki, bu, mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlarda səhvlər baş verir”, - tanınmış rusiyalı jurnalist deyib.

Qeyd edək ki, iyunun 28-də Vladimir Solovyov Rusiyanın dövlət radiosu “Vesti FM”də apardığı “Polnıy kontakt” verilişində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisindəki separatçı rejimin nümayəndəsi David Babayanı “Artsaxın xarici işlər naziri” kimi qonaq qismində təqdim edərək Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib. 

635x100

Şərhlər

Veteran 2022-07-01 10:28:36

Xaraba qalmış kremlin bayquşu sənin üzürxaxlığın başına dəysin.Onsuzda axırınız çatıb.

dadaşyev 2022-07-01 00:50:09

Sözü deyib sonra üzr istəmək bu cür tülkü jurnalistlərin bicliyidi.Bunlar bilir ki,önəmli olan deməkdir,beyinlərə yeridimi,beyinləri zəhərlədimi,sonra çıx üzr istə,heç bir mənası yoxdur.Dediyini dedin,elədiyini elədin yəni.Yeritmək istədiyin fikri beyinlərə yeritdin yəni.Mən ona görə keçən dəfə dedim,bu gün də deyirəm,Rusiyada o qədər milli azlıqlar var ki,millətçiliklə yoğrulmuşlar,ayda bir-ikisinin adamını saytlara,televiziyaya çıxaraq,sözlərini desinlər,sonra üzr istəyək.Nə olacaq yəni?Belə işlərdə üzr istəmək günahı yuyursa biz də eynisini edək.Ümumiyyətlə,biz niyə qorxuruq eynisini etməkdən?A kişilər,biz artıq 30 ildi SSRİ tərkibindən çıxmışıq.Kim bizə nə edirsə biz də eynisiylə cavab verməliyik və tək deyilik ki qorxaq.Guya Solovyov bu eşşəkliyi etdiyində bilmirdimi,artıq Artsax deyə bir qurum yoxdur?Guya bir sutka içində bildi və ona görə üzr istədimi?Elə isə bu super tülkü Solovyovu yaxşı tanımırsınız.

Amil 2022-06-30 12:12:47

Sən və səninkimilər axır əvvəl yerlərini və kimliklərini bilməlidir. Azərbaycandan üzr istəməyiniz hələ nə qədər olacaq maraqlıdır.

Son yazılar