PREZİDENT MİNSK QRUPU İLƏ BAĞLI SPEKULYASİYALARA SON QOYDU - "Artıq o qrup ölüdür, cansızdır" + VİDEO

Biz işğala son qoyduq, ədaləti bərpa etdik. Mən 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısında qeyd etmişdim ki, biz beynəlxalq hüququ, ədaləti bərpa edəcəyik.

Bu sözləri iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında söyləyib.

“Biz uzun illər, 30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq və işğala son qoyulacaq”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk qrupu təsis olunmuşdu. 

Prezident bildirib ki, Qrupun funksiyası münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əksinə, ATƏT-in Minsk qrupu sadəcə bir alətə çevrilmişdi: "Artıq Azərbaycan işğala qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq".

“Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

635x100

Şərhlər

Zəncanlı Təbriz 2022-06-30 14:22:12

İnşəAllah, heç tərəfə baxmadan 01.01.2023 tarixdən 28 May 1918 ci ildən elan edilib, qeydə alınmış Azərbaycan ərazilərimizdə azad-təhlükəsiz gəzə, müqəddəs ziyarətləri keçə, hər rayon, kəndlərimizdə Müzəffər Prezidentimiz başda olmaqla geniş-uğurlu quruculuq işləri aparacağıq!

Son yazılar