Polşada Ümumdünya Şəhər Forumu başa çatıb

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun (WUF11) XI sessiyasının bağlanış mərasimi olub. “Report”un Polşaya ezam olunmuş müxbiri xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan bu mötəbər beynəlxalq konfrans şəhər və qəsəbələrin inkişafına həsr olunub.

Bu il forumun devizi “Daha yaxşı gələcək üçün şəhərlərimizin transformasiyası” olub.

İyunun 26-dan 30-dək iştirakçılar altı əsas məsələ üzrə müzakirələr aparıblar: şəhərlərin "yaşıl" gələcəyi, innovasiya və texnologiya, şəhərləri daha davamlı etmək, şəhərsalma və idarəetmə.

Ümumdünya Şəhər Forumu tarixində ilk dəfə Mərkəzi Avropada keçirilib.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.

Sərgidə Ümumdünya Şəhər Forumu çərçivəsində Azərbaycanın stendi nümayiş etdirilib, burada ziyarətçilər erməni işğalının dağıdıcı nəticələri, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işləri ilə tanış olublar. Stend sərgiyə gələnlərin böyük marağına səbəb olub.

O, həmçinin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Maimuna Mohd Sharif tərəfindən ziyarət edilib.

Ümumdünya Şəhər Forumunun XI sessiyasının yekunu olaraq növbəti forumun 2024-cü ildə Misirdə keçiriləcəyi qərara alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar