Menu

"Azəripək"də direktor dəyişib

05.07.2022, 11:53
"Azəripək"də direktor dəyişib

"Azərbaycan Sənaye Korporasiyası" ASC-ə (ASK) məxsus "Azəripək" MMC-nin direktoru Zaur Yaqubov işdən çıxıb.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik Səməd Nəbiyevə həvalə edilib

O, bundan əvvəl ASK-ya məxsus "ASK Şüşə" MMC-nin direktoru vəzifəsində çalışıb.

“Azəripək” 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 11 546 479,17 manat olan şirkətin tərkibindəki istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol