Hollandiyanın ən böyük mobil şəbəkə provayderi “T-Mobile”, İsveçin “Ericsson” şirkəti “T-Mobile”ı yeni 5G radio şəbəkəsi ilə təchiz etdiyi üçün Çin avadanlığı “Huawei” ilə şəbəkə qurmağı dayandıracaq.
“AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, hazırkı təchizatçı “Huawei” ilə 2017-ci ildə imzalanmış müqavilə yenilənməyəcək. Bu qərar, casusluq şübhələri səbəbindən “Huawei” texnologiyasından istifadə qaydaları sərtləşdirildikdən sonra qəbul edilib.
Əvvəllər “T-Mobile” bir neçə il əvvələ qədər demək olar ki, tamamilə Çin texnologiyasına arxalanırdı. Şəbəkənin idarə edilməsi və saxlanması da “T-Mobile” tərəfindən “Huawei”yə həvalə edilib.
Çinin dövlət şirkətlərinin onun kəşfiyyat orqanları ilə əməkdaşlıq etməsini tələb edən qanunlarını nəzərə alsaq, “Huawei”ni “Ericsson” ilə əvəz etmək qərarı təəccüblü deyil.
“T-Mobile” mediaya açıqlamasında deyib ki, “T-Mobile” “Ericsson” ilə həm 5G, həm də hazırkı 3G və 4G üçün mobil radio şəbəkəsinin təmin edilməsinə dair uzunmüddətli öhdəlik götürüb.
Bundan əvvəl Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ da 5G şəbəkələrində “Huawei” avadanlıqlarının istifadəsinə məhdudiyyətlər qoyub və ya qadağan ediblər.
AzPolitika.info


Şərhlər