Sosial şəbəkələrdə qazi Elvin Cəfərovun dəfnində insident yaşanması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, yayılan məlumatlar əsassızdır: “Allahdan qazimizə rəhmət diləyir və təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkə səhifələri qazimizin faciəsindən öz çirkin məqsədləri üçün istifadəyə cəhd ediblər. Amma Elvin Cəfərovun ailəsi öz səbirli və təmkinli davranışı ilə onların bu cəhdini heçə çıxarıb.
Qazimizin dəfnində rayon rəhbərliyi, rayonun ictimaiyyətinin üzvləri, eləcə də onun yaxınları iştirak ediblər. Elvin Cəfərov el adət-ənənəsinə uyğun dəfn olunub. Dəfn prosesində heç bir insident qeydə alınmayıb”.


Şərhlər
Sosial şəbəkəni bilmirəm,həqiqətən Əmək və əhalinin sosial müdafiəsi nazirliyi müh.əlilləri və şəhid ailələrinin ehtiyacları üzərində öz biznesini qurub.Hər işdə maddi maraq peşindədirlər.Haqsızlıq o qədər artıb ki, qazilər şikayət etməyə yer axtarırlar.