Menu

Avtomobil qəzasında xəsarət alan polis mayoru vəfat edib

15.07.2022, 09:11
Avtomobil qəzasında xəsarət alan polis mayoru vəfat edib

Bir müddət öncə Göygöl rayon ərazisində avtomobil qəzası zamanı ağır xəsarət alan polis əməkdaşı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, iyun ayında Göygöl rayon Hacıməlik kəndində idarə etdiyi avtomobilin aşması nəticəsində xəsarət alan, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru 1978-ci il təvəllüdlü Qubad Qasımov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol