“Hesab edirəm ki, ötən gün Vladimir Putin İlham Əliyevlə danışıb. Hətta mənə “İlham Əliyevin salamı var” dedi. O, Əliyevlə danışanda “Ərdoğanla görüşəcəyəm” deyib, Əliyev də “Mənim də salamımı çatdırın” deyib”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərindən sonra təyyarədə jurnalistlərin sualını cavablandırarkən bildirib.
“Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri üçtərəfli formatda görüş keçiriblər. İlham Əliyevin dediyinə görə, həmin görüş müsbət keçib. O görüşdən sonra İlham Əliyevlə yenidən danışdım. Məndə olan məlumata görə, lazım olan istiqamət üzrə hərəkət edilir”, - deyə Ərdoğan qeyd edib.
Türkiyə lideri yaxın vaxtlarda Zəngilan hava limanının açılışının olacağını diqqətə çatdırıb.
Mənbə: Hürriyet


Şərhlər
A balam,bəzi saytlarda buna niyə belə faciəvi məna verirlər?Adama cənab Prezidentimiz hər halda deyib ki,sabah Ərdoğanla görüşdüyündə ona salamımı yetirərsən,o da salamı yetirib. Vəssalam.Tamamilə normal,adi insani hərəkətdir.Salam göndərilibsə yetirilməlidir.Əksinə,bununla Putin Avropa və ABŞ-a da bildirir ki,Tehranda üç dövlət başçısı görüşür,amma Azərbaycan da qiyabi olaraq bizimlədir burada.Yəni bu zonaya okeanın o tayında olanlar burunlarını soxmasınlar,bu zonada olan məsələlər bu zonanın adamlarıyla həll edilməlidir.Putin harada nəyi necə demək lazım olduğunu bilmirmi yəni?