Menu

Özbəkistan Prezidenti Qaraqalpaqda fövqəladə vəziyyət rejimini ləğv etdi

20.07.2022, 21:00
Özbəkistan Prezidenti Qaraqalpaqda fövqəladə vəziyyət rejimini ləğv etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaq Respublikası ərazisində fövqəladə vəziyyət rejiminə xitam verilməsi haqqında fərman imzalayıb. "Report" bu barədə "Kun.uz"a istinadən xəbər verir.

Fərman 21 iyul 2022-ci il saat 05:00-dan qüvvəyə minir.

Sənəd təsdiq olunmaq üçün Özbəkistan Ali Məclisinin palatalarına göndərilib.

Xatırladaq ki, iyulun 2-də prezident Şavkat Mirziyoyev “Qaraqalpaqıstan Respublikası ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında” fərman imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol