Menu

"Erməni kilsəsi Azərbaycana qarşı böyük yalan təbliğat aparır" - QMİ sədri

23.07.2022, 16:38
"Erməni kilsəsi Azərbaycana qarşı böyük yalan təbliğat aparır" - QMİ sədri

"Erməni kilsəsi Azərbaycana qarşı yalan üstündə qurulmuş çox böyük təbliğat aparır. Onlar dünyaya Azərbaycanda erməni kilsələrinin dağıdıldığını, onların məscidlərə, alban-udin kilsələrinə çevrilməsi barədə yalan məlumatlar yayırlar".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfərinin yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin Azərbaycana, Qarabağa səfərinin təşkil edilməsi nəzərdə tutulur: "Azərbaycana ən yaxın gürcü kilsəsidir. Gürcüstanın xristian din xadimlərinin Qarabağa səfər edib ermənilərin dağıtdığı məscid, kilsələri öz gözləri ilə görməsini istəyirik".

Şərhlər

Camaat 2022-07-27 10:06:35

Ay "baş molla" niyə farsları da dediyinə calaq etmirsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol