“PUTİN BU TARİXDƏ QƏLƏBƏ ELAN ETMƏYİ PLANLAŞDIRIR” - “Bu, Qərbin impotent hakimiyyətini hərəkətə gəlməyə məcbur etdi...”

Harri Kasparov: ”Qərbdə Putinin məğlubiyyətindən qorxanlar var... Qərbdəki idarəetmə tarixi məsuliyyətli qərarlar qəbul etməyə hazır olan siyasətçilərin yox, menecerlərin əlindədir”

“Merkelin 16 il yürütdüyü siyasəti yalnız Putinin agenti yürüdərdi... Makronun, almanların və italyanların planları vardı - Ukrayna ərazisinin bir hissəsinin Putinə verilməsi...”

Hazırda Xorvatiyada yaşayan və Putinin yürütdüyü siyasətə qarşı ən sərt fikirlər səsləndirənlərdən biri olan şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Ukrayna-Rusiya müharibəsi və bu müharibədə Avropa dövlət başçılarının tutduqları mövqe ilə bağlı Ukraynanın “Obozrevatel.com” saytına müsahibə verib. “AzPolitika.info” həmin müsahibəni qısa ixtisarla təqdim edir:

- Avropa Komissiyası Litvanı Kalininqrad vilayətindən Rusiya Federasiyasına gedən tranzit yüklərin bir hissəsinə qoyulmuş qadağaya yenidən baxmağa məcbur etdi. Bundan öncə Litva bəyan etmişdi ki, sanksiyaya məruz qalmış malları buraxmayacaq, amma Rusiya Avropa Komissiyasına təzyiq göstərdi. Sizcə, niyə belə bir şey baş verdi?

- Söhbət yalnız dəmiryolu nəqliyyatından gedir, avtomobil yolu əvvəlkitək qadağa altındadır. Litva hakimiyyətinin sərt mövqeyi məni həmişə fərəhləndirib. Litva nəinki Rusiya aqressiyasına, həm də Çin eksponsionizminə qarşı duran yeganə ölkədir. Litva Avropada Tayvan nümayəndəliyini açan tək dövlətdir. Litvalılar bütün dünyada azadlığın tərəfdarıdırlar, sözdə yox, əməldə.

Tranzitin qapadılması əslində, kifayət qədər ağıllı qərardır. Mən bunu Polşa tərəfindən də qapayradım, qoy, müharibənin yalnız televizorda getdiyini hesab edənlər, onu öz üzərlərində hiss etsinlər. Amma təəssüf ki, biz qətiyyətsizliklə qarşılaşırıq.

Bəli, bütün bunlara baxmayaraq, Avropa düzgün istiqamətdə irəliləyir. Litva kimi ölkələr arabanın önündə gedirlər, amma ətalət gücü onları ləngidir, buna baxmayaraq hərəkət vektoru həqiqətən də birmənalıdır. Sadəcə, yada salmaq gərəkdir ki, səkkiz il ərzində Krımın ilhaqından tutmuş 24 fevrala kimi, yəni, Rusiya Ukrayna dövlətini tamamilə məhv etməyə qərar verdiyi vaxtlarda Avropa buna qarşı praktiki olaraq heç nə etməyib. Elə Amerika da həmçinin. Sanksiyalar fonunda normal münasibətlər davam edib, ”Şimal Axını-2” tikilib, Fransa və Almaniya Rusiyaya ikiqat təyinatlı məhsullar satıb. Yəni, Rusiya ordusunun qurulmasına fakitiki yardım ediblər.

- Məhz elə buna görə də Putin Avropa Biriliyinin irəlidə də özünü belə aparacağını güman edərək, Ukraynaya hücuma keçdi...

-24 fevraldan bu yana Avropa altı sanksiya zərfi təsdiq edib və yeddincinin üzərində də işləyirlər (21 iyulda AB Şurası yeddinci sanksiya zərfini razışlaşdırıb-red.) Bunu deyəndə, məni acıq və hirs bürüyür. Əslində, 2014-cü ildən 2022-ci ilə kimi bu cür sanksiya zərflərindən biri və ya ikisi qəbul olunsaydı, o zaman bu, Putini və onun ətafını ayıldardı. Yəni, hələ o zaman anlatmaq olardı ki, Ukraynaya genişmiqyaslı müdaxilə baha başa gələcək.

Bu illər ərzində Putinin Qərbdəki lobbiçiləri, casusları deyirdilər ki, Avropa Rusiya ilə bağları qopara bilməz, bəlli olur ki, bütün bunalr yalan imiş.

Angela Merkelin 16 illik siyasəti Avropanın Putinin qaz qarmağından asılı hala salınmasında mühüm rol oynayıb. Bu 16 il ərzində bizi başqa bir variantın olmadığı nağılı ilə yediriblər. Ancaq indi aydın olur ki, dərhal olmasa da, iki ildən sonra prinsipcə avropalılar Rusiya qazından tamamilə yaxa qurtara bilərlər. Deməli, bizi aldadıblar. Mən 2006-cı ildə “qaz ilə zəhərlənmə” barədə məqalə yazmışdım. Merkel hakimiyyətə gələndə mən proqnozlaşdırmışdım ki, ucuz Rusiya qazı Putinin imperiya instinktini qaldıracaq vəziyyət yarada bilər. Bunun üçün Nostradamus olmaq gərək deyil. Putinin özünün nə danışdığına da qulaq asmaq lazımdır.

-Siz hadisələri məhz bu cür proqnozlaşdırmışdınız?

-Bəli, o, istənilən diktator kimi özünün müqəddəs arzularını tez-tez dilə gətirib. Hitler 1924-cü ildə “Mayn Kamptf” əsərində öz fəaliyyət proqramını açıqlayıb. Amma həmin vaxt o, praktiki olaraq heç kim, kiçik millətçi partiyanın lideriydi.

Putin SSRİ-nin dağılmasını 20-ci əsrin böyük geosiyasi fəlakəti adlandıranda, artıq beş il idi ki, prezident idi. O, 2006-cı ildə “NATO 1997-ci ilin sərhədlərinə qayıtmalıdır” deyəndə, hakimiyyətə tam yiyələnmişdi. Aydın idi ki, o, bu hakimiyyəti heç kimə verməz. Medvedevi dörd illik prezidentlik kürsüsünə əyləşdirməklə o, özünü Rusiya imperiyasının siyasi rəhbəri kimi görürdü. Əlbəttə, Putinin təcavüzünü rüşeym halında boğub, dayandırmaq olardı, lakin həmin illər itirilib.

Qərbdəki idarəetmə tarixi məsuliyyətli qərarlar qəbul etməyə hazır olan siyasətçilərin yox, menecerlərin əlindədir. Mənə elə gəlir ki, indiki vəziyyət bu tarixin məntiqi davamıdır. Lakin 24 fevralda elə bir faktor ortaya çıxdı ki, o, Qərbin impotent hakimiyyətini hərəkətə gəlməyə məcbur etdi. Bu faktor ictimai fikirdir.

Rusiya ordusunun Ukrayna torpağında törətdiyi hərbi cinayətlərin praktik “online” rejimində nümayiş etdirilməsi, dəhşətli reportajlar ictimai fikri hərəkətə gətirdi və Qərb siyasətçiləri həmin istiqamətdə getməyə məcbur qaldılar. Ona görə də indi Qərbdə bir tərəfdən anlayırlar ki, Ukraynaya kömək etmək lazımdır. Ukrayna dünyadakı totalitarzmə qarşı mübarizənin ön cəbhəsində dayanır. Digər tərəfdən isə Ukraynanın qələbəsindən qorxurlar, çünki Putinin məğlubiyyəti yeni geosiyasi reallıq yaradır və bu adamlar orada özləri üçün yer görmürlər.

Məsələn, Şolts tipik nümunədir - avropalı bürokrat. Düşünürəm ki, o, Almaniya kansleri olmağı heç zaman arzulamayıb, Şröderin çantasını daşıyıb, Hamburqun meri, hökumətdə nazir olub. Bilmirəm, onu Rusiya ilə bağlı korrupsiya sxeminə cəlb ediblərmi? Çox güman ki, yox, çünki “böyüklər” hətta ona əhəmiyyət belə verməyiblər.

Lakin nəzərə alaq ki, Merkel Xristian Demokratların bütün siyasətini məhv etdiyindən, az-çox əhəmiyyətli şəxslər partiyadan çıxıb getmişdilər. Merkelin istefasından sonra seçkiyə tamamilə yaramaz Armin Laşet qatıldı. Yəni, hətta boz-bulanıq Şoltsun fonunda belə o, məğlubiyyətə uğradı. Təsəvvür edin, Şolts Almaniyanın kansleri olur. O, səhər tezdən durub özünü çimdikləməlidir: doğrudanmı o, Almaniyanın rəhbəri olub? Və o, Adenauerin, Villi Brandtın, Helmut Kolun kürsüsündə oturub. Düşünürəm ki, o, hər gün səhər yuxudan ayılır və deyir: “bu, nə dəhşətdir?”.

Mənim fikrimcə, bu hisslər əksər avropalı siyasətçiləri bürüyüb. Onlar bu gün yetişdikləri şəraitlə heç cür uyğunluq təşkil etməyən məsələ barəsində - Rusiya ilə müharibədən danışmalıdırlar. Onlar başqa şeyə hazırlaşırdılar. Tarixə ekskursiya etməklə bu cür təffərüatlı cavab verdiyim üçün üzr istəyirəm. Sadəcə olaraq anlamaq lazımdır ki, onların ölçülərinə görə, indi hadisələrin hərəkəti kosmik sürət alıb. Axı, bu ilbizlər sürətlə qaça bilməzlər. Başa düşürəm ki, bu, Ukraynanın vəziyyətini yüngülləşdirmir, ona hələ dünəndən kömək etmək lazımıydı.

Amma biz görürük ki, Putinin 20 il ərzində bəslədiyi Qərb lobbisi barəsindəki hesablamaları Qərbin ictimai fikrini dayandırmağa müvəffəq olmadı. Hərçənd ki, həmin struktur işləməkdə davam edir. Rusiya təbliğatı müxtəlif kanallardan istifadə etməklə Avropanın ictimai fikrini söndürmək üçün yeni yollar axtarır.

-Şolts istefadan sonra “Qazproma” işə düzəlmiş Şröder olmağı arzulayırmı? Merkeldəmi həmin “Qazpromun” və ya Putinin balansında olub?

- Əgər Merkel haqqında danışsaq, düşünmürəm ki, orada maliyyə maraqları olsun. Mən çox istərdim ki, onun “ştazi” faylını görüm. Hər halda Şərqi Almaniyadandır, atası ruhanidir. Komsomlolçu qızın Qərbi Almaniya səfəri... Əlbəttə, bunlar mənim yozumlarımdır, lakin fikirləşirəm ki, indi buna haqqımız çatır, çünki onun 16 il yürütdüyü siyasəti yalnız Putinin agenti yürüdərdi...

O, Gürcüstanın və Ukraynanın NATO-ya qəbul edlməsinə maneçilik törətdi. Merkel iddia edirdi ki, Rusiya ilə “Şimal axını-2” qaz müqaviləsi yalnız biznesdir və orada heç bir siyasət yoxdur. Amma artıq hər şey göstərirdi ki, Putin bunu Avropaya qarşı şantaj vasitəsi kimi istifadə edəcək.

Merkeldən başqa, Putin diktaturasının təşəkkülündə ABŞ-ın keçmiş prezidenti Barak Obama da mühüm rol oyanayıb. ABŞ-la məsələ bəllidir, nə puldan, nə kompromatdan söhbət gedə bilməz. Orada ideologiya var. Həqiqətən də bu, Amerikanın dünya problemlərindən kənara çəkilməsi ideologiyasıdır. Yəni, fikirləşilir ki, indiyədək baş verənlərə görə hamıdan üzr istəsək, hər şey yaxşı olacaq...

Əlavə olaraq, daha bir siyasətçilər təbəqəsi də var. Deyək ki, prezident Makron kimi. Belə adamlar yalnız bu günün geosiyasi kateqoriyası ilə düşünürlər. Onlar üçün Ukraynanın qələbəsi və Putin armadasının məğlubiyyəti, Rusiya dövlətçiliyinin dağılması və ya potensial çöküşü mümüknsüz bir şeydir. Müəyyən dərəcədə bu, 1991-ci ilə bənzəyir. O zaman ata Buş administrasiyası SSRİ-nin parçalanmasından çox qorxurdu. Bəs, görəsən Ukrayna qalib gəlsə, Makron nə edəcək? Fransızların mövqeyi belədir: biz amerikalılar, NATO və rusiyalıların arasındayıq. O, hara gedəcək, telefonla Moskvaya kimə zəng edəcək? Onlar özlərini yeni dünyada görmürlər. O dünyada ki, Ukraynanın qələbəsi yeni geosiyasi vəziyyət yaradacaq, ən başlıcası isə totalitarizm ilə azadlıq və demokratiya gücləri arasındakı balans kəskin dəyişəcək. Belə şəraitdə vasitəçilərə ehtiyac qalmayacaq.

-Görünür, onlar ümumiyyətlə dünyanın yeni mənzərəsinə inanmırlar və Putinlə indi əsl münaqişəyə girişməyə hazır deyillər. Avropa Komissiyası ilə bağlı məsələ məhz bunu göstərir. Avropanın məntiqinə görə, köhnə Avropa Putini yerində oturtmalıdır. Bu, bir neçə dəfə Türkiyəyə müəssər olub və onlar rusiyalıların təyyarə şantajına boyun əymədilər. Nə üçün kiçik Litva, kiçik Polşa qarşıdurmaya gedir və xarakter göstərirlər, ancaq köhnə Avropa qorxur? Niyə?

-Gəlin dəqiqləşdirək: Litva kiçkidir, amma Polşa yox. Avropa Birliyində Polşa ikinci eşalonun böyük ölkəsidir, əhalisinin sayına görə İspaniyaya yaxındır. Polyakların və Litva əhalisinin genetik yaddaşı var, onlar bilirlər ki, qarşılarındakı kimdir. Birincisi, coğrafi baxımdan onlar yaxındırlar. İkincisi, nələrin olacağını öncədən bilirlər. Həmçinin, finlərin də yaddaşı var, indi onlar NATO-ya daxil olurlar.

Nəinki hakimiyyətdəki yuxarıların anlayışını, bütün xalqın düşüncələrini başa düşmək vacibdir. Polyaklar üçün Ukraynadakı müharibə, onların öz müharibəsidir. Əslində, burada polyaklar, estonlar, latışlar,litvalılar üçün müəyyən xətt var. Məsələn, finlər üçün bu, artıq onların öz müharibəsiir.

Mənə elə gəlir ki, əsas problem ortaya çıxır. Hazırda hətta Ukraynaya göstərilən bütün dəstəyi nəzərə alsaq da, müharibə istənilən kimi dərk olunmur və Putinin təbliğatı bütün səyi ilə “bu, bizim müharibəmizdir” anlayışını əngəlləməyə çalışır. Ukraynadakı müharibə totalitarizmlə müharibənin ön cəbhəsidir.

İndi Putinin bütün Avropa üzrə təsir agentlərinin “silahlandıqları” daha bir təhlükəli istiqamət var. Onlar deyirlər: ”Bəli, biz Ukraynanın yanındayıq, bəli, Putin cinayət törədib, bəli, bu, dəhşətdir, amma...”

Nə vaxt ki, biz “amma” sözünü eşidirik, bu, dərhal təhlükə siqnalından xəbər verir. Bu, indi Putinin istər hərbi, istərsə də mülki təsir agentlərinin daim dilə gətirdikləri yeni istiqamətdir. Onlar deyirlər ki, bəli, çox təəssüf ki, Ukrayna qələbə çala bilməz, əgər müharibə uzanarsa, Avropada iqtisadi böhran başlayar, bu isə öz növbəsində sağ və sol ekstremistlərin güclənməsinə gətirib çıxarar və demokratiya böyük təhlükə altına düşər və ictimai düşüncə dəyişər, çünki insanlar yanacağa, benzinə, ərzağa artıq pul ödəməyə hazır deyillər. Bu gün bu, Avropada yeni ideoloji qarşıdurmanın xəttidir, müəyyən dərəcədə Amerikada da belədir.

Ona görə də mən bütün müsahibələrimdə deyirəm ki, Ukraynanın qələbəsi qaçılmazdır.Bu, sadəcə hamının ödəyəcəyi dəyər məsələsidir. Lakin bir bak benzinin qiyməti ilə Ukraynada hər gün tökülən qanın qiymətini müqayisə etmək tamamilə mənəviyyatsızlıqdır.

-Sizin dediyiniz həmin istiqamətlərin hədəfi nədir? Gəlin,müharibəni dayandıraq və Ukraynanı iki yerə bölək?

-Bax, əsas hiyləgərlik də buradadır. Bir neçə ay öncə Makronun, almanların və italyanların planları vardı - Putinin hər hansı şərtlərinə razılaşmaq. Ukrayna ərazisinin bir hissəsinin Putinə verilməsi ilə bağlı ideya kabinetlərdə kifayət qədər müzakirə edilib. Prinsipcə, bu üçlüyün Kiyevə gəlişi ilə həmin plandan imtina edildi. Məlum oldu ki, o, işləmir.

Ona görə də Putinin təbliğatı daha da irəliyə getdi. Artıq söhbət Ukraynanın ləğvindən gedir. Putinin dəstəsi deyir ki, Ukrayna dövlət deyil, onu tamamilə məhv etmək lazımdır. Rusiya təbliğatının bütün bəlağəti Ukrayna dövlətçiliyinin inkar edilməsi üzərində qurulub. Onlar hadisələri necə işıqlandırırlar: ”Biz əraziləri zəbt etməmişik, biz əraziləri azad etmişik”. Bu, dəhşətli səslənir.

Mən belə görürəm ki,Putinin planı onun şərqdə və cənubda əhəmiyyətli uğur qazanmasına əsaslanıb. Yəni, əgər Dnepr xətti boyunca alınmasa da, ən azından Luqanskdan Odessaya kimi cəbhə xətti yaratmaq niyyətindədirlər. Ruslar Odessanı da işğal etməyi arzulayırdılar, ancaq indi bu, artıq onlar üçün aktual deyil.

Mən tamamilə əminəm ki, 7 oktyabra kimi, Putinin 70 illik yubileyinə işğal olunmuş ərazilər hüdudunda qələbə elan edilməsi planlaşdırılır. Diktatorlar yubileyləri çox sevirlər. Deməli, Putin hesab edir ki, sadəcə olaraq əldə edilmiş ərazilərdə möhkəmlənmək, səngər qazıb güc mövqeyindən danışıqlar aparmaq lazımdır.

Ukrayna tərəfindən Amerikan silahlarının köməyi ilə müəyyən uğurlar qazanılıb, hücum dayandırılıb, yanacaq və silah anbarları məhv edilib. Mənə elə gəlir ki, bu partlayışlar hətta Rusiya təbliğatında panikaya səbəb olub.

Nə vaxt ki, Putinin planı çökəcək və Ukrayna tədricən əraziləri geri qaytarcaq, o zaman bu, Putinin mövqeyinə ciddi təsir göstərəcək. Ona görə də Ukrayna uğur nümayiş etdirməlidir. Xersonun azad edilməsi belə bir uğur ola bilər və bu, Putinin agenturasının Qərbə sırımağa çalışdığı istəklərin tabutuna vurulmuş mıxça olar.

Vaqif Nəsibov

“AzPolitika.info”

Şərhlər

Elmiraya 2022-07-27 09:47:13

Hörmətli şərhçi Siz, özünü bitərəf göstərib, bircə dəfə belə Qarabağ Hərbi Soyqırım terroruna qarşı çıxış etməmiş Harridən məmnunsunuzmuş? H.Kasparov çoxdan şahmatı buraxıb, digər daşnaqlar kimi Kremlə sahiblənmək strategiyasına keçib. Onsuz da Kreml daşnaq idarəsidir. Ancaq, Vaynşteyn kimi milyonlarla yəhudilər heç də İsrailin ərəblərə qarşı istilasının heç də tərəfdarı deyil!

turan 2022-07-27 08:00:19

O üzdənirağın yazısınıburda vermək lazım deyildi. Azərbaycanınçörəyini yeyib ona şıllaq atanların nə dediyi heç kimi maraqlandırmır. Yadınızdan çıxarmayın onda erməni qanı var

ELSAD 2022-07-26 21:28:14

Teqdir etdim...

korrektor 2022-07-26 20:19:10

Müdrik bir analizdir Harri Kasparovun yazısı! Hansı tərəfdən baxılmasından asılı olmayaraq tam həqiqəti əks etdirir bu mövqey.

B.Qarabağlı 2022-07-26 19:30:15

Ukrayna, Kremlin rəqibi və cüzi də olsa hələ də daşnaq İQi qarşısında aciz qalmış Azərbaycana əski əqrəbasından təsəllidir! Azərbaycan vətəndaşı öz vətənini hərbi işğal cütlüyünə qarşı belə mübariz çıxışla ən geci 1994cü ilə belə müsahibə ilə cürətləndirə bilərdi? BMT ətrafı qərb və Avropa da sonrakı müharibə iddialarını dərk edib, qarşısını almağa çalışardı!?

Eli 2022-07-26 14:52:02

Eger söhbet insan haqqları ve demokratiyadan gedirse Avropaya etibar etmek olmaz, miye?Türkiyye faktoru göz qabağındadır ,60 ildir gözleyir ki, Avropa birliyi onu suralarına qebul etsin,etmirler,niye?Türkiyye mğselman ölkesidir.Rusiya ve rusiyalıksr onlardan da qeyri cşdfi ve ağılduzdurkar ne isteyirler özleri de bilmir.Sual olunur SSRİ kimin elinde idi faktiki -rusun veniye dsğıtdın bu qurluşu ve niye onu bu gün yüz minlerin qanı bahadına berpa etmek isteyirsen.Adsm heç ne anlaya bilmir ki bu alkaş millet ne isteyir bu millet ve xalqlardsn düntadsn

Elmira 2022-07-26 12:03:40

Harri Qasparov əslində Vaynşten, çox ağıllı danışdı! Əbəs yerə deyil ki şahmatçıdır. Onun əmisi Leonid Vaynşteyn Bakıda yaşayırdı və çox gözəl muzıkant idi.

BKM 2022-07-26 10:06:13

Qərbdə bəzi rəhbərlər özlərini bilərəkdən axmaq yerinə qoyub, Putinin yaramaz planlarına göz yumurlar.

Veteran 2022-07-26 09:57:56

Tamamilə doğru analiz və yanaşmadır.Bu faktdır.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.