ABŞ Prezidenti Donald Trampın hədəsi fonunda Ali Rəhbəri ayətullah Əli Xameneinin tapşırığı ilə İran Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
APA-nın xəbərinə görə, bu barədə “Reuters“ adı açıqlanmayan iranlı məmura istinadən məlumat yayıb.
Bildirilib ki, Tehran Bəhreyn, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə xəbərdarlıq edib ki, bu ölkələrdən hər hansı biri istiqamətindən İrana mümkün hücum düşmənçilik aktı kimi qəbul olunacaq və bunun həmin ölkələr üçün ciddi nəticələri olacaq.
Xatırladaq ki, martın 7-də Donald Tramp Əli Xameneiyə nüvə proqramı ilə bağlı danışıqların aparılması üçün məktub göndərdiyini açıqlayıb. Tehran Vaşinqtonla birbaşa danışıqlardan imtina edib, Oman kimi vasitəçilər üzərindən dolayı danışıqları məqbul sayıb. ABŞ Prezidenti isə nüvə proqramı ilə bağlı müzakirələr nəticə verməzsə, İrana əlavə tariflər tətbiq olunacağını, bu ölkənin misli görünməmiş şəkildə bombalanacağını bəyan edib.


Şərhlər
Bəs bu imansız İslam düşməni niyə bizim gözümüz görə-görə Ermkənistana TIR-larla hərbi yardımlar göndərirdi. Bu gün də Ermənistana dünyanın dörd bir yerindən daşınan silah-sursat İranın təqdim etdiyi quru yolla daşınır. Nə fərqi var hava məkanını açdın ya quru məkanını.Belə hərəkəti bəyənmirdinsə bunu bunu başqalarına da etməməli idin. Sənin kimi qonşunu olmaz olsun. Çox istərdim ki, ABŞ molla rejiminin bütün nüvə və strateji obyektlərini virdeyi-viran, küllyi-küf etsin və bu ölkə süpürgəyə bənzəsin.