Menu

Şəhid atası vitse-spikerə qarşı kampaniyadan qəzəblənib – “Utanın, abrınız olsun!”

26.07.2022, 19:18
Şəhid atası vitse-spikerə qarşı kampaniyadan qəzəblənib – “Utanın, abrınız olsun!”

"Mən ilk növbədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza şəfa, can sağlığı diləyirəm. Allah Ali Baş Komandanımız, Cənab Prezidentimiz İlham Əliyevə can sağlığı versin. Məhz İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmənin başını əzdi, burnunu ovdu. Bizi gözü götürməyən qara qüvvələr, xüsusi olaraq xaricdə oturub öz ağalarının tapşırığını yerinə yetirən söyüş müxalifəti ağızlarına gələni danışırlar. Onların Adil Əliyev haqqında dedikləri məni çox əsəbləşdirdi”. 

Bunları “AzPoliytika.info”-ya açıqlamasında 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Muxtar Qasımlının atası Əli Qasımlı, vitse-spiker Adil Əliyevə qarşı son günlər güclənən qara piar kampaniyasına münasibət bildirərkən deyib.

Şəhid atası qeyd edib ki, A.Əliyevin uzun illərdir tanıyır və bir şəhid atası kimi hər zaman diqqət və qayğısını görüb: "Mən Adil müəllimi uzun illərdir tanıyıram. Onun şəxsiyyətinə, kişiliyinə, mərdliyinə bələdəm, dövlətə və dövlətçiliyə bağlılığını bilirəm. Bu adam həmişə vətənpərvər, dövlətini, xalqını, Prezidentini sevən adam olub. Adil Əliyev mənə və mənim kimi minlərlə şəhid ailəsinə öz ailəsi kimi münasibət göstərib. Gecə-gündüz yorulmaq bilmədən çalışır. Mən ondan hər zaman yüksək diqqət və qayğı görmüşəm. İnanın ki, ən çətin günlərimizdə Adil müəllim ailəmizin yanında olub. Demək olar ki, iki gündən bir mənimlə əlaqə saxlayıb, qayğılarımla maraqlanır. O məni özünə dost, qardaş hesab edir. Biz də ailəlikcə onu çox istəyirik. Adil müəllim öz vətənpərvərliyi ilə gənclərə nümunə sayıla bilər".

Əli Qasımlı onu da qeyd etdi ki, Adil Əliyev təkcə şəhid ailələrinə yox, həmçinin qazi və müharibə iştirakçılarına da diqqət göstərir: "Adil müəllimin şəhid ailələri və qazilərin iştirakı ilə təşkil etdiyi bütün tədbirlərdə iştirak etmişəm. O qazilərin əllərindən öpür, boynunu qucaqlayır. Şəhidlərimizin əmanəti olan uşaqları öz balası kimi əzizləyir. Şəhid ata və analarının qarşısında dizini yerə qoyub hər zaman onların yanında olduğunu söyləyir. Həm daxilimizdə, həm də xaricdə oturub kimlərinsə sifarişi ilə Adil Əliyevi söyən ünsürlərə, müxalif qüvvələrə demək istəyirəm ki, ar olsun sizlərə. Biz şəhid ailələri hər zaman Adil müəllimin yanındayıq. Onun bu Vətən üçün, bizlər üçün etdiklərini hamı bilir. Kim ona qarşı əxlaqdan kənar ifadə işlətsə, qarşısında şəxsən məni görəcək. Bəsdirin, utanın, abrınız olsun. Təmiz adamları şərlə ləkələyə bilmərsiniz!"

“AzPolitika”






Şərhlər

Müəllim 2022-07-28 12:26:48

Hər cür müqayisə qüsurludur Eldar Həsənov kimi..... Məhərrəm Əliyevlə müqayisə etmək günahdır

Veten dashi 2022-07-27 12:30:50

Məhərrəm Əliyevin də Eldar Həsənov kimi bir cox yaxşı əməlləri barədə xalq arasında söhbətlər gəzir.Hərgiz prokurorluq ,polis ,məhkəmə orqanlarının Azərbaycan qanunlarına münasibətini və mənəvi keyfiyyətlərini 10 ballıq sistemlə qiymətləndirsək 3 baldan yuxarı qalxmaz.Amma bu adam özünü reklama cox yer verirsə deməli coxlu kompleksləri var.Ağac bar verəndə başın aşağı əyər.Fəzail m.daha yüksək intelektual şəxsiyyətdir...

Elbəyi Qasımov 2022-07-27 12:22:56

Adil Əliyev parlamentin ləyaqətli,ziyalı,sadə deputatlardan ən birincisidir.

Elmira 2022-07-27 08:40:51

Əli müəllim, çox sağolun ki ,Adil Əliyev haqqında belə gözəl sözlər dediniz.

Müəllimə 2022-07-26 23:49:52

????????????????????????????

Müəllim 2022-07-26 22:24:51

Adil Eliyev cox vicdanli, leyaqetli, terbiyeli bir ailenin- mohterem Eliyevler ailesinin yetirmesidir. Allah Adil Eliyevi ve onun vicdanli qardasi mohterem Meherrem Eliyevi qorusun AMIN

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol