RUSİYA BU YOLLA TURİST CƏLB ETMƏYƏ ÇALIŞIR... - "Gözəl qızlar, vodka üçün gəlin" +VİDEO

Sosial şəbəkələrdə yayımlanan “Rusiyaya köçmək vaxtıdır” adlı video klip böyük müzakirələrə səbəb olub.

"AzPolitika.info" xəbər verir ki, İspaniyadakı Rusiya səfirliyinin rəsmi "tviter" hesabından edilən paylaşımda, Rusiyaya turist cəlb etmək üçün "Gözəl qızlar və ucuz qaz üçün gəlin" ifadələri işlədilib.

Sosial şəbəkə istifadəçiləri paylaşımda "gözəl qız" ifadəsinin işlədilməsini birmənalı qarşılamayıb, qadınların bu cür kampaniyalarda istifadə edilməsinə etirazlarını bildiriblər.

Həmçinin video klipdə Rusiyaya köçmək səbəbi kimi- yaxşı yemək, gözəl qızlar, tarix, unikal memarlıq abidələri, vodka, ucuz qaz, elektrik və su kimi faktorlar göstərilib. Klibin sonunda “Gecikmə, qış gəlir” xatırlatması da böyük marağa səbəb olub.

Qeyd edək ki, Ukraynanın işğalı fonunda Rusiyaya tətbiq edilən sanksiyalar ölkə turizminə də böyük ziyan vurub.

"AzPolitika.info"


635x100

Şərhlər

Eli 2022-08-02 14:22:35

Esl heqiqet budur ki ,qanı qaynat milletler yeni Qafqaz,Orta Adiya ölkeleri ,İspaniya,Portyqaliya,İtaliys kimi ölke verendaşları Rusiyaya niye qaçırlar :esl kişi axtarışında olan Nataşalarla sevişmek ve vıdka içmek üçün

esger 2022-08-02 13:35:33

Azpolitika elə adınız göstərir ki siyasətdən az yazın və əsasən Rusiya, Ukrayna,Kazaxstan və digər ölkələrin problemləri haqqında Bəyəm Azərbaycanda problem azdır Pensiya, mənzil, veteranlara,qazilərə qayğı kekoloqiya,baxaçılıq,inflyasiya,dərman qiymətlərinin əl çatmaması, sahilin hasarlanması, koorupsiya..rüşvət səhiyyə sisteminin çürüməsi və nələr nələr

Son yazılar