Menu

“Dünənki hərbi zərbələr Paşinyanın əlini gücləndirir” – “Bu, yalnız Qarabağ iqtisadi rayonu ola bilər”

04.08.2022, 18:18
“Dünənki hərbi zərbələr Paşinyanın əlini gücləndirir” – “Bu, yalnız Qarabağ iqtisadi rayonu ola bilər”

"Yaxın gələcəkdə Xankəndi, Xocəvənd və digər ərazilər tam Azərbaycan dövlətinin və Konstitusiyasının tələbləri çərçivəsində idarəçiliyin altında olacaq".

"AzPolitika.info" xəbər verir ki, bunu “Qaynarinfo.az”-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc deyib.

Deputat vurğulayıb ki, bu hadisə Azərbaycan dövlətinin bir neçə addımı sayəsində reallaşacaq: "İlk növbədə Ermənistan və Azərbaycan iki il əvvəl baş tutan savaşın yekunu olaraq Böyük Sülh Sazişinin imzalanmasına gedəcəklər. Bundan sonra delimitasiya və demarkasiya prosesi baş tutacaq. Hansı ki, 1990-cı illərdən fərqli olaraq, indi ABŞ, Fransa, hətta Avropa Birliyi də bunu istəyir".

Zahid Oruc bəyan edib ki, Azərbaycanda yaşayan ermənilərə heç vaxt muxtariyyat statusu verilməyəcək: "Bu, yalnız Qarabağ iqtisadi rayonu ola bilər. Prezident Dağlıq Qarabağ termininin leksikonumuzdan çıxmasına yönəlik haqlı çağırışlarını edib. Gördüyünüz kimi, gerçəkdən də o sözlər əvvəlki kimi qalıcılıq yaratmır. Digər tərəfdən, Qarabağda yaşayan ermənilər üçün sadəcə Qarabağ iqtisadi rayonu şəklində mövcudluq heç bir təhlükə törətməyəcək. Hazırkı süni status onların varlığına və mənafelərinə xələl gətirir. Ümumiyyətlə, bizim ölkədə digər xalqlar da yaşayır. Kim onların hüquqlarını pozub? "Statussuz erməni məhv olacaq” kimi fikirləri onların beynində zoribalayanlar möhkəmləndirməyə çalışır. Bilirik ki, erməni xüsusi statusda olanda həmişə özünü cinayətkar və təcavüzkar kimi aparır. İndi Azərbaycan proseslərə nəzarət edir. Orda kiçik sayda (27 min nəfər) erməni qalıb. Bircə dəfə Şuşada olan şəxs anlayır ki, ermənilərin mübarizəsi puçdur. Çünki ora təkcə coğrafi yüksəlik deyil. Həm də şəraiti bütün mənalarda görməyə imkan verir".

Deputat hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha realist mövqedədir: "Dünənki hərbi zərbələr vəziyyəti onun əleyhinə çevirməyə çalışanların qarşısında Paşinyanın əlini gücləndirir. Faktiki deyir ki, "siz istəyirsiz mən şərtləri qəbul etməyim və Azərbaycanla savaş diktatında danışım. Buyurun, balalarınızı birinci göndərin ora. Qoy gedib orda döyüşsünlər. Nə var ki, meydanlara çıxıb, sadə erməni xalqına Ermənistandan kəskin ultimatum, bəyanat verməyə". Bəzən dövlət müharibə deyil, güc göstəməklə də nəticələr əldə edə bilir. Bu gün Sarıbaba və digər yüksəkliklərin nəzarətə götürülməsini buna misal göstərmək olar. Qarabağın, Xankəndinin, Xocəvəndin gələcəyi yalnız Azərbaycanla və azərbaycanlılarla bağlıdır".

"AzPolitika.info"

Şərhlər

dadaşyev 2022-08-05 23:23:40

Sevindirici haldır ki,Zahid Oruc artıq anlayıb ki,danışarkən önəmli olan şey cümlədəki sözlərin çoxluğu deyil,fikirdir.Çünki cümlə bitmiş fikri bildirir.Fikir nə qədər az sözlə ifadə olunarsa o qədər qiymətli sayılır.Daha sevindirici hal odur ki,daha tost demir danışanda.Başını aşağı salıb öz işini cani-dildən görən adamın tost deməyə ehtiyacı olmaz.Bir tək əmma ondan ibarətdir ki,həmişə hamının bildiyi şeylərdən danışır,yeni heç nə demir.İnşaallah o da düzələr.Ay var,il var.Hara tələsirik ki?Belə.Bu cür.Uğurlar.

t.ədalət 2022-08-04 21:41:54

Z.Orucun indiyədək olan çıxışları,həmişə Rusiyaya etimad olub.Bundan sonrakı çıxışlarının Azərbaycanın milli mənafeyinə aid olacağına inanmaq çətindir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol