Menu

Rusiya işğal etdiyi ərazinin Ukrayna tərəfindən atəşə tutulmasına görə BMT TŞ-nin iclasını çağırıb

10.08.2022, 11:56
Rusiya işğal etdiyi ərazinin Ukrayna tərəfindən atəşə tutulmasına görə BMT TŞ-nin iclasını çağırıb

Rusiya işğal etdiyi Zaporojye Atom Elektrik Stansiyasının (AES) Ukrayna tərəfindən atəşə tutulması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyir.

“Report”un xəbərinə görə, bu barədə TASS Rusiyanın BMT-dəki daimi nümayəndəliyindəki mənbəsinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya həmçinin bu iclasın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin iştirakı keçirilməsini istəyib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski informasiyanı təsdiqləyib.

Qeyd edək ki, Zaporojye AES Ukraynanın Enerqodar şəhərində yerləşir, quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Ukraynada müharibənin başlamasından 4 gün sonra - fevralın 28-də Rusiya Müdafiə Nazirliyi Zaporojye AES-in ələ keçirildiyini açıqlayıb. Buna baxmayaraq, stansiyanın rəhbərliyi Ukrayna operatorlarında qalır.

Şərhlər

Eli 2022-08-10 13:02:54

Tarix boyu ,xüsusen son 100 ilde ruslar ancaq bele şerefsiz işlerle meşğul olublar,dünya artıq bunların kim olduğunu bir daha deqiqleşdirir ve layiq olduğu qiymeti verecekdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol