Menu

Ukaynada həlak olan Rusiya işğalçılarının qohumları “qara kağızı” SSRİ-dən alırlar

12.08.2022, 00:02
Ukaynada həlak olan Rusiya işğalçılarının qohumları “qara kağızı” SSRİ-dən alırlar

Ukraynada həlak olan rusiyalı əsgərlərin qohumları «qara kağız»ı SSRİ-dən alırlar. Sənədlər hələ 1974-cü ildə çap olunub.

Bu barədə hüquq müdafiəçisi Marina Litvinoviç «Feysbuk»da danışıb.

Onun sözlərinə görə, belə sənədlərin nümunələri hətta pensiya və güzəşt hüququ da verir.

«Həlak olmuş əsgərlərin valideynlərinə gələn ölüm xəbərləri «Qosznak» tərəfindən 1974-cü ildə çap olunub və pensiya təyin olunması üçün «sifariş» (SSRİ qanunvericiliyi ilə müəyyən olunmuş) hüququ verən «sənəd» hesab olunur. Başqa sözlə, ordu hələ də SSRİ-də yaşayır. Yalnız sual yaranır - hələ və ya artıq?» - Litvinoviç qeyd edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol