"Gərginlik göstərir ki, Qarabağla bağlı bütün məsələlər həll edilməlidir" - ABŞ rəsmisi

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında hərtərəfli və davamlı sülhün bərqərar olması istiqamətində fəaliyyətini davam etdirir".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Dövlət Departamentinnin sözcüsü N.Prays ənənəvi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib :“Biz hələ də Ermənistan və Azərbaycan arasında hərtərəfli uzunmüddətli sülhə töhfə verəcək mümkün olan hər şeyi etməyə çalışırıq. Dövlət katibi Blinken bu yaxınlarda hər iki ölkənin liderləri ilə danışmaq imkanı əldə edib.”

O, Qarabağda erməilərin təxribatı nəticəsində baş verən son döyüşlər və insan tələfatı ilə bağlı dərin narahatlıq keçirdiklərini bildirib: “Biz gərginliyi azaltmaq və tərəflər arasında daha da gərginləşmənin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırdıq".

N.Prays əlavə edib ki, son vaxtlar gərginliyin artması Qarabağ münaqişəsi ilə bağlı bütün həll edilməmiş məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini ortaya qoyur

O, tərəflərlə işləməyə, uzunmüddətli hərtərəfli sülhə nail olmağa çalışacaqlarını deyib: “Biz inanırıq ki, daimi dialoq və qarşılıqlı fəaliyyət vasitəsilə, o cümlədən ən yüksək səviyyədə, biz bu uzunmüddətli hərtərəfli sülhün irəliləməsinə kömək etmək üçün mümkün olan hər şeyi edə biləcəyik".

Rasim

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar