KORONAVİRUSDAN ÖLÜM SAYINDA KƏSKİN ARTIM - Yoluxma sayı yenə 500-ü keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 545 yeni yoluxma faktı qeydə alınıb, 479 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 807 017 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 793 747 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, aktiv xəstə sayı 3486 nəfərdir.

Ölkədə son sutka ərzində 3 802, hazırkı dövrədək isə 7 110 178 test aparılıb.

635x100

Şərhlər

t.ədalət 2022-08-18 19:34:07

Unun qiyməti əsassız şəkildə artdı.Hələ bundan sonra da çoxlu artımlareın şahidi olacağıq.Ona görə də koronadan ölüm sayını artırırlar ....

Son yazılar