Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 19-da Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirir.
FHN-dən verilən məlumata görə, əvvəlcə, nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.






Şərhlər