Qərbin Ukraynadakı müharibəyə marağı azalıb? – “Ötən ay yeni silah vədi verilməyib”

6 aya yaxındır davam edən Rusiya-Ukrayna savaşında bir ilk yaşanıb. Belə ki, müharibənin ilk günlərindən Ukraynaya maddi və mənəvi dəstəyini əsirgəməyən Qərb ölkələri ötən ay nədənsə yeni hərbi yardımarla bağlı heç bir vəd verməyiblər. Araşdırmalar nəticəsində o da məlum olub ki, Qərbin Ukraynaya hərbi dəstəklə bağlı verdiyi vədlər ötən aylarla müqayisədə xeyli azalıb. 

“AzPolitika.info” xəbər verir ki, Britaniyanın “The Telegraph” nəşri yayımladığı “İyulda Ukraynaya yeni hərbi vədlərin verilməməsi, Qərbin müharibədə maraqlı olmadığını göstərir?” başlıqlı məqalədə bu mövzuya toxunub.

Həmin məqalənin bir hissəsini təqdim edirik: “İşğalın ilk günlərindən Böyük Britaniya, Fransa və Almaniya Ukraynaya hər cür yardımın göstəriləcəyini vəd edirlər. Lakin ötən ay Avropanın ən böyük iqtisadiyyatı hesab olunan bu ölkələrdən heç biri Ukraynaya növbəti yardımlarla bağlı vəd verməyib. Kiel Dünya İqtisadiyyatı İnstitutunun açıqladığı məlumatlara görə, Avropa ölkələrində yaşam xərcinin artması, Qərbin müharibəyə marağının azalmasına səbəb olub.

Kiel İnstitutunun professoru Xristof Trebex müharibənin kritik mərhələyə girməsinə baxmayaraq, Qərbin yardımlarının azaldığına diqqət çəkib: “İyul ayında Ukraynanın Qərbdəki müttəfiqlərindən demək olar ki, heç bir yeni yardım təşəbbüsü gəlmədi. Lakin Qərb ölkələri əvvəlki aylarda öhdələrinə götürdükləri yardımların bir hissəsini Ukraynaya çatdırdılar.”

Beynəlxalq araşdırmalar nəticəsində məlum olub ki, Ukraynanın Qərbdəki ən böyük tərəfdaşları hesab olunan Böyük Britaniya, Almaniya, Polşa, Fransa, İtaliya və İspaniya iyul ayında yeni yardımlarla bağlı heç bir vəd verməyiblər. Bu ölkələrdən fərqli olaraq, ötən ay Kanada və Norveç Ukraynaya 1,5 milyard avro məbləğində maliyyə yardımı göstərib. Həmçinin keçən həftə Qərb dövlətləri Ukraynaya göndəriləcək 1,5 milyard avroluq yardım paketini təsdiqləyiblər.

Britaniya Ukraynaya göndəriləcək qabaqcıl raket sistemi olan M-270 sistemlərinin sayını iki dəfə artırmağa söz verib. Böyük Britaniya Ukraynanın Qərbdəki ən böyük tərəfdaşı hesab olunur və yalnız ABŞ-dan geri qalır. Kiel Dünya İqtisadiyyatı İnstutundan bildirilir ki, yeni dəstək təkliflərinin azalmasına baxmayaraq, Qərb öhdəliyində olan yardımları Ukraynaya çatdıraraq öz dəstəyini davam etdirməyə çalışır”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar