Menu

“Onun rolu alçaqlıqdır, bunu özündən başqa hamı başa düşür...” - Politoloq Medvedev haqda sərt danışıb

20.08.2022, 00:04
“Onun rolu alçaqlıqdır, bunu özündən başqa hamı başa düşür...” - Politoloq Medvedev haqda sərt danışıb

Rusiya Federasiyasının xadimlərindən kimlər baş verənlərə və Rusiyanın təcavüzünün davam etməsinə təsir edə bilir və Dmitri Medvedevin bu gün siyasi rolu nədən ibarətdir.

Bu suala rusiyalı politoloq Dmitri Oreşkin cavab verib.

«Böyük məxfilik daxilində Vladimir Vladimiroviç Putin. Bütün qalanlar təsir dairəsi, arxa qapıdan giriş uğrunda mübarizə aparırlar. Və bu mübarizəni az-çox uğurla aparırlar. Amma bütün qərarları Putin qəbul edir, xarici siyasəti Putin formalaşdırır» - o, Freedom layihəsinin efirindən bəyan edib («UNİAN»).

Politoloq hesab edir ki, Rusiya Federasiyasında hər şey bircə nəfərdə cəmləşib. Onun sözlərinə görə, insanlar var ki, Putinə az-çox təsir göstərə bilirlər. Amma o, informasiyanı əsasən, xüsusi xidmətlərdən alır və istifadə edir.

Oreşkin bir çoxlarının “cib prezidenti” adlandırdığı Medvedevə də «toxunub» «Onun rolu alçaqlıqdır. Bunu hamı anlayır, onun özündən başqa. Filə hürən «moska» (balaca it!) roludur. Bu zaman o, bunu hündürdən etməlidir, çünki o, pis imicə (behraund - arxa fon) malikdir. O özünü demokrat və liberal kimi aparmağa cəhd edib, indi ona lazımdır ki, buraxılmış səhvləri düzəltsin» - politoloq qeyd edib.

Onun sözlərinə görə, Medvedev öz fikirlərini heç də həmişə düzgün ifadə edə bilmir, amma bu imkan ona verilib, “çünki kiçicik bir heyvandır”.

Jurnalistlərin məlumatına görə, Rusiyanın sabiq Prezidenti özünü öldürməyə cəhd göstərib. Guya mühafizəçi onu alkoqol sərxoşluğu vəziyyətində, əlində tapança görüb.

AzPolitika.info

Şərhlər

Roma 2022-08-20 12:44:47

Medvedyevin soyadı onun kimliyini biruzə verir...

B.Qarabağlı 2022-08-20 08:42:27

Cənab D.Oreşkin gerçəyə daha yaxındır. Kremlin siyasəti dünya aləmində anti-RUS sindromu formalaşdırıb? Bəs, həmin baş siyasətin müəllifi və ya şəbəkəsi kimlərdir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol