Cəlilabadda Göytəpə şəhər bazarında yanğın olub. Rayon sakinlərinin verdiyi xəbərə görə, yanğın saat 15:00-dan başlayıb.
Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə isə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əlavə məlumat veriləcək.
***

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.


Şərhlər