“Bu müharibənin gedişatını tamamilə dəyişdirmək üçün Ukraynaya cəmi 50 HIMARS sistemi lazımdır. Bu bir rus oliqarxın yaxtasının qiymətindən belə aşağı məbləğdir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak özünün şəxsi “Twitter” hesabından yazıb.
"1 HIMARS sistemi - 4 milyon dollardır. 50 HIMARS sistemi döyüş sursatıyla birlikdə 200 milyon dollar edir. Yəni, Rusiyanın hərbi logistikasını məhv etmək üçün cəmi 200 milyon dollarlıq silaha ehtiyac var. Bu, böyük məbləğdə pul olmasa da, müharibənin gedişatını tamamilə dəyişdirə biləcək məbləğdir,” - deyə o, bildirib.
“AzPolitika.info”


Şərhlər