Menu

Ukraynada iki hadisə Putinin hakimiyyətdən kənarlaşdırılmasına gətirəcək – Proqnoz

25.08.2022, 14:58
Ukraynada iki hadisə Putinin hakimiyyətdən kənarlaşdırılmasına gətirəcək – Proqnoz

Rusiyada diktator Putini hakimiyyətdən kənarlaşdırmaq üçün Xersonu işğalçılardan azad etmək və Krım körpüsünü dağıtmaq lazımdır.

Bu fikri Dmitri Qordona müsahibəsində ABŞ-da yaşayan rusiyalı publisist Andrey Piontkovski səsləndirib («UNİAN»). 

«İnandırıram ki, bu iki hadisədən sonra Putin hakimiyyətdən kənarlaşdırılacaq. Hakimiyyətə elə onun özü kimi yaramazlar gələcəklər - o insanlar ki, indi bunkerdədirlər. Amma bu yaramazlar reallıqla hesablaşmalı olacaqlar və onlar Qərbin konsolidə olunmuş bu təklifinə ciddi yanaşacaqlar ki, hansısa danışıqlar ordunun 23 fevraldakı xəttə çəkilməsindən sonra başlana bilər. Ardınca - Ukraynanın ərazi bütövlüyünün tam bərpası barədə danışıqlar» - o, izah edib.

AzPolitika.info

Şərhlər

Benefis Həmşəri 2022-08-25 17:02:04

O, da, M.S.Qorbaçov da, B.Eltsin də yalnız formal liderlərdir! Kremli 1987 ci ildən onların heç birinin aid olmadığı müştərək beynəlxalq lobbi idarə edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol