Menu

"Azərbaycan "Vostok 2022" təlimlərində müşahidəçi qismində iştirak edəcək" - Rusiya MN

29.08.2022, 11:39
"Azərbaycan "Vostok 2022" təlimlərində müşahidəçi qismində iştirak edəcək" - Rusiya MN

Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək "Vostok 2022" beynəlxalq hərbi təlimlərində müşahidəçi qismində iştirak edəcəklər.

APA -nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, sentyabrın 1-dən sentyabrın 7-dək Rusiyanın Şərq Hərbi Dairəsinin 7 poliqonunda keçiriləcək “Vostok-2022” təlimlərində Azərbaycan Respublikası müşahidəçi qismində iştirak edəcək.

Ümumilikdə, Çin, Hindistan, Qazaxıstan, Belarus, Əlcəzair və digər dövlətlərin qatılacağı təlimlərdə 50 mindən çox hərbçinin iştirak edəcəyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol