Menu

Polşa ordusuna 13 min könülü yazılıb - Müdafiə naziri "daha çox yer hazırlamışıq" deyir

29.08.2022, 12:20
Polşa ordusuna 13 min könülü yazılıb - Müdafiə naziri "daha çox yer hazırlamışıq" deyir

Polşanın müdafiə naziri Mariuş Blaşak TVP telekanalına açıqlamasında bildirib ki, 13 min nəfərdən çox polşalı könüllü hərbi xidmətə yazılıb.

“Ümid edirik ki, sentyabr, oktyabr və noyabr aylarında daha çox müraciət olacaq. Bu il 15 min nəfərlik yer hazırlamışıq. Lazım gələrsə, daha çoxunu tapacağıq. İstəyirik ki, mümkün qədər çox insan təlim keçsin, silahla işləməyi bacarsın, yaxşı təşkil olunsun”, – o vurğulayıb.

Qeyd edək ki, könüllü xidmət edənlərə aylıq 960 dollar ödənilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol