Menu

Putinlə Paşinyan Qarabağı müzakirə edib

29.08.2022, 17:11
Putinlə Paşinyan Qarabağı müzakirə edib

Rusiya və Ermənistan liderləri Vladimir Putinlə Nikol Paşinyan arasında bu gün telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama verib.

Telefon danışığı zamanı tərəflər Rusiya ilə Ermənistan arasında dostluq haqqında müqaviləsinin imzalanmasının 25 illiyi münasibətilə bir-birini təbrik edib.

Bundan başqa, ikitərəfli münasibətlər və Qarabağ məsələsi ətrafında da müzakirələr aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol